
Qriqoryan ABŞ-nin tələblərini icra etməyə məcburdur - TƏHLİL
07:58 07.07.2023
Siyasət
595
Vaşinqtonun indiki maraqları rəsmi Bakının maraqları ilə üst-üstə düşür
“Ermənistan Təhlükəsizlik Şurasının katibi İrəvan hakimiyyətini qoruyan ən güclü fiqurlardan biridir” Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyulun 4-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtona işgüzar səfər edib. Səfər zamanı onun ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və digər yüksəkvəzifəli rəsmilərlə görüşdüyü deyilir.
Qriqoryanın səfərinin xarici işlər nazirlərinin Vaşinqton görüşündən dərhal sonraya təsadüf etməsi diqqət çəkir. Vurğulanır ki, Qriqoryan Amerika kəşfiyyatına yaxın kadr sayılır. Erməni politoloq Artur Tovmasyan qeyd edib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ-yə tələsik səfəri Türkiyə-Azərbaycan tandeminin tələbi ilə Qarabağdakı qanunsuz erməni silahlı dəstələrinin təcili olaraq ləğv edilməsinin zəruriliyi ilə bağlıdır. O iddia edib ki, Qərbin təzyiqi altında İrəvan separatçı Araik Arutyunyanı silahlı dəstələri ləğv etməyə inandırmağa çalışacaq.
Armen Qriqoryanın Vaşinqtona təcili səfərini "Sherg.az"a təhlil edən siyasi elmlər doktoru, professor, sabiq millət vəkili Cümşüd Nuriyev deyib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi İrəvan hakimiyyətini qoruyan ən güclü fiqurlardan biridir. Professorun qənaətincə, Qriqoryan ABŞ-nin kəşfiyyat orqanlarına birbaşa bağlı şəxsdir:

"Ola bilər, Amerika kəşfiyyatı Qriqoryanın ikili mövqedə olmasından şübhələnib. Qriqoryan kilsəyə çox bağlıdır və ermənilərin katolikosu İkinci Qareginin yaxın qohumudur. Buna baxmayaraq, Ermənistan Təhlükəsizlik Şurasının katibi istənilən halda Vaşinqtonun tələblərini icra etməyə məcburdur. Amerikaya da buna görə təcili çağırılıb. Baş nazir Nikol Paşinyan bəyan etdi ki, sülh müqaviləsinin mətni yetərsizdir. Halbuki Azərbaycan tərəfi İrəvana təklif etdiyi və dünyanın qəbul etdiyi 5 əsas prinsiplə sənədə imza atmağa hazırdır. Görünür, ABŞ liderlərin Brüssel görüşü öncəsi ən azından sülh müqaviləsinin çərçivə sənədini görmək istəyir".
Müsahibimiz vurğulayıb ki, Vaşinqton ilkin razılaşmaların əldə olunmasında maraqlı tərəfdir və gözəl bilir ki, bunlar Qriqoryandan asılı məsələlərdir: "Qriqoryan Ermənistanda baş nazir və xarici işlər nazirindən daha çox siyasi qərar vermək səlahiyyətinə malik şəxs kimi dəyərləndirilir. ABŞ danışıqlar prosesində təşəbbüsü Rusiyaya verməyi düşünmür, hətta bəzən Avropaya da qısqanc yanaşır. Biz də ABŞ-nin vasitəçiliyinə ciddi yanaşırıq. Dövlət başçısı İlham Əliyevin həmkarı C.Baydenə təbrik məktubunda bu məsələ xüsusi vurğulanmışdı. Əlbəttə, Ağ Ev çalışır ki, Cənubi Qafqazda sülh prosesi Vaşinqtonun maraqları çərçivəsində yekunlaşsın. Vaşinqtonun indiki maraqları isə rəsmi Bakının maraqları ilə üst-üstə düşür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə