REAL parlamentdə 2 yer qazanmaq istəyir? – Fikirlər haçalandı - Qalmaqal!
Yusif Nəzərli
09:48 13.01.2022
Siyasət
1126
Bu günlərdə REAL partiyasının sədri İlqar Məmmədov Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb. Görüşdə ölkə gündəmində olan bir sıra məsələlərə toxunulub. Media haqqında qəbul olunmuş yeni qanun layihəsi, QHT qanunvericiliyə əlavə və dəyişikliklər haqqında REAL partiyasının Milli Məclisə təqdim etdiyi paket, siyasi partiyalar haqqında yeni qanunun qəbulu perspektivləri, əlavə və təkrar parlament seçkilərinin keçirilməsi məsələləri müzakirə edilib. Dialoqdan sonra sosial şəbəkələrdə görüş barəsində müxtəlif fikirlər irəli sürülüb. Jurnalist, siyasi şərhçi Aqşin Kərimov Feysbuk hesabında məsələyə münasibət bildirib:
“Hazırda Milli Məclisdə 5 deputat yeri boşdur. Eldəniz Səlimovun mandatına xitam verilsə, 6 olacaq. Həmin yerlərin doldurulması üçün təkrar parlament seçkilərinin keçirilməsi gözlənilir. Düşünürəm ki, REAL Partiyasına daha bir yer “verilməsi” üçün müzakirələr gedir. REAL sədri İlqar Məmmədov bu yaxınlarda Prezident Administrasiyasında görüş keçirib və müzakirə mövzularından biri təkrar seçkilər olub. REAL çalışır ki, daha bir mandat yeri qazansın. Parlamentdə 2 yer qazansa, (hazırda birdir) bu, REAL-a dövlət büdcəsindən ayrılan məbləğin həcmini də artıracaq”.
REAL Partiyasının sədr müavini Natiq Cəfərli isə “Sherg.az”a açıqlamasında A.Kərimovun iddialarına cavab verib:
“Fərziyyələr söyləyirlər. Hamı da elə düşünür. Deputat mandatı verilmir, ora seçkilər keçirilir və millət vəkili seçilir. Seçkiləri gözdən salırlar. Digər tərəfdən ictimai xadimlərin, jurnalistlərin seçkini gözdən saldığını görəndə adam pis olur. Hər kəs seçki institutuna hörmət qazandırmağa çalışmalıdır. Belə xəbərlər zatən gözdən düşən seçki institunu yenidən gözdən salır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol