Rəsmi Bakının Qoşulmama Hərəkatından gözləntiləri var: "Qarabağ münaqişəsində..."
Ayyət Əhməd
13:40 25.10.2019
Siyasət
616
Bu gün Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü işə başlayıb. 60-a yaxın ölkənin dövlət və hökumət başçısının iştirak etdiyi sammitdə, Hərəkata sədrlik 3 il müddətinə Azərbaycana keçib. İlham Əliyev qurumun sədri seçilib.
Bununla yanaşı, sammitin yekun bəyannaməsində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də nəzərdə tutulub.
Tədbirlə bağlı politoloq Nəzakət Məmmədova Sherg.az-a deyib ki, Qoşulmama Hərəkatı 3-cü yolu seçmiş ölkələrdir:
“Soyuq müharibə” dövründə kapitalizm və sosializm tərəfdarı olmayan ölkələr bu hərəkatı yaratdı. Baxmayaraq ki, “soyuq müharibə” dövrü başa çatıb, bu hərəkat indi də dünya siyasətində öz mövcudluğunu qoruyub saxlayır. Azərbaycan da bu siyasi bloka dəstək verən ölkələrdən biridir. Aydın məsələdir ki, Azərbaycan NATO-ya üzv olmaq iddiasını ortaya qoysa, Rusiyanın ciddi təzyiqləri ilə qarşılaşacaq. Necə ki, Gürcüstan və Ukrayna bu təzyiqlərin qurbanı olub. Azərbaycan öz xarici siyasətində qeyri-müəyyənlik yaşamamaq üçün Qoşulmama Hərəkatına üz tutdu".
Analitik Azərbaycanın Hərəkata sədrlik etməsini siyasi baxımdan uğur sayır:
"Hesab edirəm ki, belə bir siyasi Hərəkata üzv olmaq və sədrlik etmək ölkənin uğuru baxımından təqdirəlayiqdir. Amma bu, həm də bir prosedur qaydasıdır. Bizim gözləntimiz əsasən odur ki, Hərəkata üzv olan ölkələr Qarabağ və digər beynəlxalq siyasi məsələlərdə Azərbaycana dəstək nümayiş etdirsin. Bu, o zaman bizim üçün həqiqi uğur sayıla bilər. Hərəkat diplomatik dəstək baxımından Dağlıq Qarabağ münqaişəsinin sülh yolu ilə həllinin normativ hüquqi bazasının təkmilləşdirilməsində bir addımdır. Lakin bu gün BMT-nin qətnamələrinə məhəl qoyulmursa, Hərəkata qoşulan bir qrup ölkənin iradəsinin nəyisə həll edəcəyinə inanmaq olmaz. Nəzərə alsaq ki, ATƏT-in Minsk Qrupunun iki üzvü NATO-ya üzv olan ölkələrdir və onlar bu Hərəkata üzv deyil. Belə olan halda bu Hərəkatın qəbul etdiyi qərarlar lider ölkələrə necə təsir göstərə bilər? ATƏT-in Minsk Qrupuna üzv olan ölkələr özlərinin qəbul etdiyi qərarlara nəzarət edə bilmirsə, bu Hərəkatın qəbul etdiyi qərarlar onlar üçün heç bir təsirə malik olamayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə
BMT-dən Ermənistana ciddi iradlar: “Səylərimiz nəticə verdi”
15:01 30.09.2026
Gündəm
Pezeşkian dövlət siyasətini tam müəyyənləşdirmir - Politoloq
14:52 30.09.2026
Gündəm
Peskov: Rusiyada siyasi məhbus yoxdur
14:19 30.09.2026
Dünya
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol