Rosen Plevneliev: Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi qlobal səviyyədə mühüm hadisədir
10:17 13.03.2025
Siyasət
285
"Azərbaycanla Bolqarıstan arasında təbii qazın nəqlinə dair ilk müqavilədə imzamın olmasından, ümumiyyətlə, ölkənizlə əməkdaşlığa Prezident İlham Əliyevlə birlikdə verdiyimiz töhfələrdən qürur duyuram”.
Bu fikirləri XII Qlobal Bakı Forumu çərçivəsində Azərbaycanda səfərdə olan Bolqarıstanın keçmiş Prezidenti Rosen Plevneliev APA-ya açıqlamasında deyib.
Rosen Plevneliev deyib ki, hazırda ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələri mövcuddur: “Mən Prezident İlham Əliyevi 10 ildən artıqdır ki, tanıyıram. O, Azərbaycanı birləşdirən, tarixi ədaləti bərpa edən bir liderdir. Mən Prezident olarkən Azərbaycanın dövlət başçısı İlham Əliyevlə birlikdə ölkələrimiz arasında əlaqələrin inkişafına geniş töhfələr verməyə nail olmuşuq. 10 il əvvəl Bakıya gəlmişdim. O dövrdən şəhəriniz daha da müasirləşib. Şəxsən mən keçmiş prezident kimi Azərbaycanla Bolqarıstan arasında təbii qazın nəqlinə dair ilk müqavilədə imzamın olmasından, ümumiyyətlə, ölkənizlə əməkdaşlığa Prezident İlham Əliyevlə verdiyimiz töhfələrimizdən qürur duyuram”.
Sabiq Prezident qeyd edib ki, BMT-nin Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi 30 illik fasilədən sonra məhz Azərbaycanın özü tərəfindən icra olunub.
Rosen Plevnelievin sözlərinə görə, 2020-ci ildə Qarabağın işğaldan azad edilməsindən sonra həmin regionda həyata keçirilən genişmiqyaslı bərpa fəaliyyəti onu çox məmnun edir: “Bu heç də təsadüfi deyil. Çünki BMT-nin Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi 30 illik fasilədən sonra məhz Azərbaycanın özü tərəfindən icra olundu. Nəticədə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Bu, təkcə ölkə və regional baxımından yox, qlobal səviyyədə də mühüm bir hadisədir. Mən Şuşa şəhərinə də səfər etmişəm. Azərbaycan Şuşanı daha da müasirləşdirməklə yanaşı, ilk növbədə əhalinin bu şəhərə qayıtmasını təmin edib. Bu siyasət təkcə qayıdışla məhdudlaşmayıb, həm də evlərinə geri dönən insanların iş yerləri ilə təminatı baxımından da mühüm tədbirlər görülüb. Haqqında bəhs etdiyim işlər təkcə Qarabağı deyil, bütövlükdə Azərbaycan ərazisini əhatə edir. Ölkənizin həyata keçirdiyi siyasət regional ədalətsizliyin aradan qaldırılmasından sonra xalqın necə birləşməli olduğunu da göstərdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq