Rus deputatın Qarabağa qanunsuz səfəri: “Laçın dəhlizinə nəzarəti ələ keçirməliyik” - Sərt təpki
Yusif Nəzərli
12:51 07.01.2022
Siyasət
645
“Əks halda, belə təxribatların sayı artmaqla davam edəcək, son olmayacaq"
“Rusiyaya qarşı artıq daha sərt ritorika ortaya qoymalıyıq”
Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Qarabağa qanunsuz səfər edib. Hakim “Vahid Rusiya” partiyasının üzvü Yeni il günlərində Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edərək, orada bir sıra görüşlər keçirib. Sözügedən səfər deputatın Qarabağa ilk qanunsuz ziyarəti deyil. O dəfələrlə Xankəndiyə gedib.
Hətta 44 günlük müharibə zamanı da Xankəndidə separatçılara dəstəyini ifadə edib. Onun yenə bu addımı atması Azərbaycan rəhbərliyinin kəskin etirazına səbəb olub. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevə məktub göndərərək, onun rəhbərlik etdiyi partiya üzvünün Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsinə qəti etirazını bildirib.
Rusiyalı deputatın qanunsuz səfərləri ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Rusif Məmmdəsoy bildirib ki, Azərbaycana qarşı “əsəb oyunları” davam edir:
“Rusiya tərəfi həmin ərazilərin Azərbaycana məxsusluğunu və icazəsiz səfər etməyin yasaq olduğunu çox yaxşı başa düşür. Qanunsuz səfər bizə qarşı çox böyük hörmətsizlik və saymazlıqdır. Ölkə başçısı da haqlı olaraq etiraz edib. Məncə, daha ciddi addımlar atmalıyıq. Xüsusilə, Laçın dəhlizinə nəzarəti ələ keçirməliyik. Əks halda, belə təxribatların sayı artmaqla davam edəcək, son olmayacaq".
Analitikin sözlərinə görə, artıq rəsmi Moskva Qarabağda "rus icması" yaratması təsadüfi deyil:
"Çox təhlükəli məqamdır. Orda nə qədər rus yaşayır ki?! Bu nəyə və kimə lazımdır ? Proseslərin qarşısını almalıyıq. Təsəvvür edin, Qarabağdakı erməni separatçıların hərbi xunta başçısı Araik Arutyunyanla icma görüşür və fotolar paylaşır. Rusiya Xankəndidə büst ucaldır, park salır. Bütün bunlar sülhməramlı missiyasının başlıca öhdəliyi deyil, ola da bilməz. Rusiyaya qarşı artıq daha sərt ritorika ortaya qoymalıyıq. Başlıca vəzifəmiz Laçın dəhlizinə nəzarəti ələ keçirmək olmalıdır”.
Oxşar xəbərlər
Paşinyan Rusiya və Avropa İttifaqı arasında həssas tarazlığı qorumağa çalışır - ŞƏRH
20:58 27.07.2026
Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyi vahid indekslər siyahısına əlavə edildi
15:12 27.07.2026
Xəbər lenti
Hamısına bax
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət
Paşinyan və Putin arasında telefon danışığı olub
20:34 27.07.2026
Gündəm