Rusiya artıq oyuna girir
Turan
09:42 22.10.2020
Siyasət
1380
Bunun qarşısını almağın yeganə yolu isə Türkiyə ilə birgə fəaliyyəti daha da gücləndirməkdir
Füzuli, Cəbrayıl, Hadrut və digər ərazilərdən sonra Zəngilanın işğaldan azad edilməsi Qarabağın təmizlənməsi istiqamətində mühüm addım hesab olunur. Zəngilanın işğaldan azad edilməsi ilə 765 km-lik İran-Azərbaycan sərhədi tam bərpa edildi. Bu, həm İranla ticarət dövriyyəsinə, həm də Naxçıvan Muxtar Respublikası ilə maneəsiz əlaqəyə imkan verəcək. Zəngilanın azad edilməsi Dağlıq Qarabağdakı qondarma rejimlə İranın birbaşa əlaqəsinin kəsilməsi də deməkdir.
Bu istiqamətdən gələn bütün qeyri-leqal yardımların qarşısı rahatlıqla alınacaq. Regionda dövr edən qara pul və narkotik dövriyyəsi də birdəfəlik yekunlaşacaq. Ermənistanın Gürcüstandan sonra ən çox istifadə etdiyi İran çıxışı bağlanmış olacaq. Erməni ekspertlər də Zəngilanın azad olunmasını Qarabağın taleyinin birdəfəlik həlli hesab edirlər.
Çünki işğal olunmuş ərazilərə İrəvandan, eləcə də İrandan gələ biləcək yardımların qarşısı alınır ki, bu da Ermənistanın blokadasını gücləndirir. Rusiya mediası İranla sərhəd bölgəyə rus qoşunlarının göndərilməsindən yazırlar. Mətbuatda gedən məlumatlara görə, Moskva sözügedən bölgənin önəmini bildiyi üçün Azərbaycan Ordusunun hərbi əməliyyatlarına müxtəlif metodlarla mane olmağa çalışır.
BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov “Şərq”ə açıqlamasında başqa məqamlara da diqqət çəkib. Siyasi şərhçi vurğulayıb ki, Arazətrafı bölgələri azad etməyimiz və bu cəbhədə irəliləməyimizin əsas səbəbi relyefin digər ərazilərə nisbətən az mürəkkəb olması, eyni zamanda İranla sərhədə nəzarətin gücləndirilməsidir:
“Məlumdur ki, İran bu ərazilərdən Ermənistana müxtəlif təyinatlı yüklər keçirirdi, o cümlədən, hərbi yüklər. Müharibənin ən çətin dövrü irəlidədir. Əsas müharibə indi başlayır. Qubadlı, Ağdərə, Xocavənd alınacaq, buna şübhə yoxdur. Böyük ehtimalla Şuşa və Xankəndi də alınacaq, amma Moskvanın oyuna girməsi artıq başlayır.
Rusiya Qarabağ ərazisində müəyyən bir hissəni əldə saxlamaq üçün mütləq şərtlər irəli sürəcək. Öz qoşunlarının bir kontingentini bu əraziyə yerləşdirməyə çalışacaq. Əsas məsələ isə bundan sonra başlayacaq.
Oyunun ən təhlükəli hissəsi başlayacaq. Rusiyanın bu günə kimi “neytral” görünməsi açıq təzyiqə keçidlə müşahidə oluna bilər. Hətta 102-ci diviziyanın sərhədə yeridilməsi də mümkündür. Artıq bu diviziyanın cənub sərhədləri boyu - Qubadlı istiqamətində yerləşdirildiyinin xəbərləri gəlir”.
Analitikin fikrincə, Azərbaycan bu durumda mütləq Türkiyənin köməyinə üz tutmalı və danışıqlara qatılmasını təmin etməlidir:
“Elə etməliyik ki, döyüş meydanında qazandığımızı masada itirməyək. Rusiya hər vəchlə çalışacaq ki, Qarabağa hansısa status verilsin və ermənilər bu regionda qalsın. Bu, gələcək münaqişələrin toxumu kimi Moskvaya, həmçinin, Ermənistana lazımdır.
Bu təcrübəni bildiyimiz üçün qarşısını almalıyıq. Qarşısını almağın yeganə yolu isə Türkiyə ilə birgə fəaliyyəti daha da gücləndirməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm