
Rusiya Ermənistanın Hindistandan silah almasını niyə istəmir? - Şərh
Yusif Nəzərli
12:15 27.07.2023
Siyasət
587
"Ermənistan və Hindistan arasında bağlanan müqavilələrdən sonra silahların yarısı təmin edildi. Digər hissəsinin isə Ermənistana çatdırılma məsələsi sual altında qaldı".
Bunu "Sherg.az"a açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov Hindistanın İran vasitəsilə Ermənistana silah tədarükündən danışarkən deyib.
O bildirib ki, İrana Kreml tərəfindən Hindistandan silah gətirilməsinə icazə verməməsi üçün təzyiqlər olub:
"Yəni bunun qarşısı Moskva tərəfindən alındı. Daha sonra isə Gürcüstan vasitəsilə silahları daşımağa cəhd olundu. Lakin rəsmi Tbilisinin Azərbaycan və Türkiyə ilə münasibətləri olduğu üçün yerdə qalan toplar və uzun mənzilli raketlərin gətirilməsinin qarşısını kəsdi. Bu kontekstdən baxdıqda deyə bilərik ki, Hindistandan Ermənistana silah tədarükünün qarşısı alınıb. Amma qadağalara qədər müəyyən hissəsi artıq daşınmışdı. Təbii burada sual yaranır ki, Rusiya niyə Ermənistanın Hindistandan silah almasını istəmir? Aydın məsələdir ki, Kreml Ermənistana özündən başqa heç kəsin silah satmasını arzu etmir. Çünki burada həm Rusiya pul qazanır, həm də arsenalında olan istismar müddəti bitmiş silahları Ermənistana sırıyır. Bu baxımdan Rusiyanın yolu bağlamaq barəsində İrana təzyiqi, Ermənistanda ajiotaj yaradıb. Ona görə də deyə bilərik ki, 5-6 ay müddətində Hindistandan Ermənistana bir dənə də olsun silah gəlməyib".

Ekspert əlavə edib ki, Hindistan hazırda həm ABŞ-nin, həm də Rusiyanın patenti olan silahları istehsal edir:
"Yəni sovetlər dönəminə qədər olan dövrdə aldıqları silahların üzərində müəyyən dəyişikliklər edib, digər ölkələrə satır. İndi Ermənistan özü də iki arada qalıb. Çünki onlar NATO ya inteqrasiya edib, rus silahlarından qurtulmağı hədəfləyir. Bu səbəblə də gərək Ermənistan bütün arsenalında dəyişiklik etsin. Çünki əldə etdiyi sursatı əlində olan rus istehsalı silahlara qoyub atmaq olmur. Bu anlamda da Ermənistan hərbi rəhbərliyi NATO standartlarına keçməyə can atır. Lakin Rusiya buna imkan vermir".
Qeyd edək ki, İranın Nurduz sərhəd-keçid məntəqəsindən Ermənistana hərbi yükün olduğu avtomobil karvanının hərəkəti videogörüntülərdə qeydə alınıb.
“Caliber” xəbər verir ki, yük İranın Bəndər Abbas limanına çatdırılıb.
Yük maşınlarının üzəri örtülsə də, onların hərbi məqsəd daşıdığı aydın görünür. Bildirilib ki, silah göndərən tərəf son vaxtlar Ermənistanın hərbi-texniki əməkdaşlığını sürətlə artırdığı Hindistandır.
Xatırladaq ki, açıq mənbələrdən məlum olduğu kimi, Ermənistan və Hindistan 400 milyon dollarlıq hərbi müqavilə imzalayıb.
Son zamanlar iki ölkənin hərbçiləri arasında tez-tez təmasların olması da onlar arasında hərbi əməkdaşlığın güclənməsindən xəbər verir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət