Rusiya Gürcüstanın iki muxtar respublikasını işğal edib
Turan
11:23 26.09.2020
Siyasət
879
Belə olan halda iki ölkə arasında normallaşma mümkün deyil
Gürcüstanın NATO ilə əməkdaşlığı və alyansa üzvlük cəhdləri Rusiya ilə münasibətlərin normallaşmasını bloklayır. Bunu Rusiya Dumasının MDB İşləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin deyib. Duma üzvü bildirib ki, bir müddət əvvəl Gürcüstan Rusiyadan Ermənistana gedən hərbi texnika tədarükünü bloklayıb və bu tranzitə imkan verməyib, əvəzində ABŞ dövlət katibi Mayk Pompeodan təşəkkür alıb: “Əgər Gürcüstan bizə mane olmağa, təkərimizə çomaq soxmağa davam edirsə, Rusiya ilə hansı etibar və münasibətlər barədə danışmaq olar?!”. Zatulin NATO-nun postsovet məkanına təsir uğrunda mübarizə apardığını deyib.
Moskvanın Zatulinin dili ilə Gürcüstanı hədələməsini “Şərq”ə təhlil edən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib ki, pandemiyanın dünyaya yeni düzən gətirəcəyi addım-addım özünü göstərməkdədir. Politoloqun sözlərinə görə, hazırda dünyada çox ciddi proseslər və dəyişikliklər baş verir:
“Dünya iqtisadiyyatı yeni şəraitə uyğun formalaşmaqdadır. Siyasi proseslər paralel olaraq sürətlə dəyişir. Bəzi rejimlər ciddi-cəhdlə köhnə sistemi müdafiə etməyə çalışsalar da, prosesin qarşısını ala bilmirlər.
Bəşəriyyətin yeni idarəetmə və iqtisadi formasiyaya keçidi qaçılmazdır. Rusiya bütün gücü ilə prosesi dayandırmağa çalışsa da, yalnız bir qədər gecikdirə və ya çətinləşdirə bilər. Gürcüstanın öz ərazisindən Ermənistana aparılan hərbi yükləri buraxmaması Rusiyanı hiddətləndirsə də, bu ölkə ilə münasibətlərinə təsir etməyəcək.
Zatulinin Gürcüstanın bu addımının iki ölkə arasında normallaşma prosesinə ziyan vurduğunu bəyan etməsi də absurddur. Hansı normallaşmadan söhbət gedə bilər ki, hələ də Gürcüstana aid iki muxtar respublika Rusiya işğalında qalmaqdadır. Bu ərazilərin geri qaytarılmadığı müddətdə heç bir ciddi münasibətlərdən söhbət gedə bilməz”.
Analitik bəyan edib ki, eyni vəziyyət Azərbaycana da aiddir:
“Bu günlərdə Prezidentin ən yüksək kürsülərdən və nüfuzlu beynəlxalq təşkilatların tribunalarından səsləndirdiyi cəsarətli fikirlər buna sübutdur. Prezident İlham Əliyevin səsləndirdiyi “İşğal faktının arxasında dayanan qüvvələrin Ermənistana təmənnasız silah bağışlaması” barədə son fikirləri artıq işğalçının arxasında dayanan qüvvəni adı ilə çağırmaq deməkdir.
Bu fakt artıq daha çox və israrla səsləndirilməkdədir. Rusiyanın Qafqazda mövqelərini qarşılıqlı və bərabər hüquqlu siyasət aparmaqla deyil, güc və işğalı davam etdirməklə saxlamaq niyyəti alınmayacaq. Azərbaycan torpaqları işğaldan azad olunacaq və bu yalnız Avropa, ABŞ və NATO ilə müttəfiqlikdən keçir.
Azərbaycanın bu qətiyyətli davranışı cənub qonşularımızı da çox qıcıqlandırıb. Bu günlərdə İranda gizlənən vətən xaini Tohid İbrahimbəylinin video-müraciətini izlədim. Bu xain Türkiyə silahlı qüvvələrinin Azərbaycana hərbi təlimlərə gəlməsini özünə məxsus tərzdə “vəhhabilərin gəlişi” kimi qiymətləndirir.
Adam bir az da irəli gedərək bu hadisəni “Səfəvi-Osmanlı qarşıdurması” və “məzhəb davası” kimi yozur. Bu, gülünc görünsə də, çox təhlükəli tendensiyadır. Təəssüf ki, Azərbaycanda və düşmən ölkələrdə yetişən və bu tendensiyanı dəstəkləyən qüvvələr baş qaldırıblar. Bu irticaya vaxtında cavab verilməlidir”.
V.Əfəndiyevə görə, Pompeonun Gürcüstana təşəkkür bəyanatı seçki öncəsi dəstək mesajı ola bilər:
“Son bir ildə S.Zurabişvilinin siyasi arientasiyada Qərbə istiqamət və Rusiya ilə sərtləşmiş münasibət yolunu seçməsi təqdirəlayiqdir. Gürcüstanın Rusiyanın qoltuğu altına düşməsi ilk növbədə bizim üçün çətinliklər yaradar. Unutmayaq ki, Rusiyanın Ermənistanla quru əlaqəsi yalnız Gürcüstanladır və dünyaya çıxan neft kəmərlərimiz bu ölkədən keçir.
Tovuz hadisələri zamanı Rusiya məhz neft kəmərlərimizi hədəf almaqla bizi təhdid etmişdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm