
Rusiya müharibədə qalib gələ bilər? - RƏY
15:21 13.07.2024
Siyasət
463
Ukraynanın NATO-ya üzvlük məsələsi yenə qeyri-müəyyən gələcəyə qaldı
NATO-nun quruluşunun 75 illiyi münasibətilə Vaşinqtonda keçirilən sammit yekunlaşdı. Sammit iştirakçıları Ukraynaya dəstək ifadə etdilər. Bundan başqa Ağ Evin təkidi ilə NATO-ya üzv ölkələrin müdafiə xərclərinin 2 faizə çatdırılması məsələsi yenidən müzakirə olundu. 10 ildir bu məsələ həllini tapmır. Avropanın bir qisim ölkəsi təhlükəsizliklərini ABŞ və NATO-nun hesabına həll etməyə çalışır. ABŞ-nin keçmiş Prezidenti Donald Tramp da məsələni qaldırmışdı. Avropa ölkələri sosial xərcləri hərbi xərclərə qurban vermək istəmirlər.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, sammitdə NATO-nun genişlənməsi mümkünlüyü barədə fikir mübadiləsi aparılsa da, Ukraynanın üzvlük məsələsi yenə qeyri-müəyyən gələcəyə qaldı. Analitikin fikrincə, Ukraynanın Şimali Atlantika Blokuna üzv olacağını qəbul edirlər, ancaq heç kim Kiyevə bununla bağlı tarix vermək istəmir:

"Donald Tramp bu ilin noyabr ayında prezident seçilərsə, Ukraynanın NATO üzvlüyü ən azı 4 il gündəmdən çıxarılacaq. Tramp Ukraynanın Şimali Atlantika Blokuna üzvlüyünün qəti əleyhinədir. Ümumiyyətlə, Tramp Ukraynaya hərbi və maliyyə yardımının da dayandırılmasının tərəfdarıdır. Buna baxmayaraq, ABŞ-nin hazırkı Prezidenti Cozef Bayden NATO-ya üzv ölkələrin 2025-ci ildə Ukraynaya hərbi xərcləri üçün 40 milyard dollar ayrılacağını bildirib. Sadəcə o, prezident seçilməsə, bunun reallaşması sual altında olacaq. NATO-nun vəzifəsini təhvil verməyə hazırlaşan baş katibi Yens Stoltenberq bu fikirdədir ki, Ukraynaya gərəkən dəstək verilməsə, Rusiya müharibədə qalib gələ bilər. Bu isə NATO üçün ağır məğlubiyyət olacaq. Ukrayna Prezidenti Volodimir Zelenski ümid edir ki, ABŞ və Avropa ölkələri Ukrayna hava sahəsini qorumağa imkan verən təyyarələr və raket qurğuları verəcəklər. Yaxın günlərdə Ukrayna F-16 təyyarələri ilə təchiz olunmağa başlayacaq".
Ekspert qeyd edib ki, Vaşinqtondakı müzakirələrdə Çin barədə də danışıblar: "Çinin Hind və Sakit okean bölgəsində artan hərbi gücü Şimali Atlantika Blokunu narahat edir. ABŞ və NATO rəhbərliyi Rusiya-Çin münasibətlərinin dərinləşməsindən narahatdırlar. Vaşinqton və Brüssel Pekinin Moskvaya həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilən və Rusiyanın Ukraynada müharibəsini davam etdirməsinə imkan verən malların ixracına işarə ediblər. Yens Stoltenberq Pekinin Moskva ilə yarımkeçiricilər və digər ikili təyinatlı məhsulları ilə, o cümlədən yüksəksəviyyəli texnologiyaları Moskva ilə paylaşdığı qənaətindədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm