Rusiya Paşinyanın Putinə kömək üçün müraciətini müsbət cavablandırmadı
09:07 31.10.2020
Siyasət
528
Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə müraciəti ilə bağlı bəyanat yayıb.
APA-nın Moskva müxbirinin Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bəyanatda deyilir: “Ermənistan Respublikasının Baş Naziri N.Paşinyanın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə Rusiya Federasiyasının Ermənistan Respublikasının təhlükəsizliyini təmin etmək üçün göstərə biləcəyi yardım növünü və miqdarını müəyyənləşdirmək üçün məsləhətləşmələrə başlamaq istəyi ilə bağlı müraciəti ilə əlaqədar olaraq, Rusiyanın Ermənistana münasibətdə 27 avqust 1997-ci il Müqaviləsində əks olunan müttəfiqlik öhdəliyini bir daha təsdiqləyirik. Müqaviləyə uyğun olaraq Rusiya qarşıdurmalar birbaşa Ermənistan ərazisinə keçərsə, İrəvana lazımı olan bütün köməkləri göstərəcək”, - deyə bəyanatda vurğulanıb.
Rusiya XİN bəyanatında Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikası Xarici İşlər nazirlərinin bu il oktyabrın 10-da Moskvada əldə etdikləri razılaşmalara uyğun olaraq baza prinsiplər əsasında münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün Dağlıq Qarabağ münaqişəsi tərəflərini yenidən dərhal atəşkəsə, gərginliyin azaldılmasına və substantiv danışıqlara qayıtmağa çağırır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürüb
15:02 31.07.2026
Dünya
İnfantinonun müşaviri FIFA-nın planına etiraz olaraq istefa verdi
14:38 31.07.2026
Futbol
Külək nə vaxt zəifləyəcək? - Açıqlama
14:32 31.07.2026
Ekologiya
SEPAH üzvlərinin meyitləti İrana gətirildi
14:26 31.07.2026
Dünya
Polşa ərazisində partlayan raket Rusiyaya məxsus olub
13:59 31.07.2026
Dünya
Avropa liderləri Trampdan “qaçırlar”
13:52 31.07.2026
Dünya
Zelenski Rusiya və Ukraynanın itkilərini açıqladı
13:46 31.07.2026
Dünya
Mey Putindən danışdı: "Keçmiş KQB əməkdaşı" olmur
13:40 31.07.2026
Dünya
Saakaşvilinin hakimiyyətə qayıdışı ilə bağlı açıqlama
13:25 31.07.2026
Cənubi Qafqaz
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
13:01 31.07.2026
Siyasət
Fransa İspaniya ilə sərhəddə nəzarəti gücləndirdi
12:01 31.07.2026
Dünya
Karapetyanın evində axtarış aparılıb
11:54 31.07.2026
Region