“Rusiya Qarabağda təxribatları davam etdirəcək” – AKTUAL ŞƏRH
Banuçiçək Kalbalıyeva
12:16 15.12.2020
Siyasət
655
“Rəsmi Moskva erməni separatçılarını dəstəkləməyə dair qərarını veribsə, qardaş ölkə ilə əməkaşlıqdan başqa yolumuz qalmır”
“Deməli, biz rəsmi Ankara ilə danışıqları sürətləndirməliyik ki, türk hərbçiləri də ən qısa zamanda Qarabağda olsunlar”
Məlum olduğu kimi, bir neçə gün əvvəl ermənilər Hadrutda Azərbaycan hərbçilərinə qarşı təxribat törədiblər. Beləliklə, yaralı və şəhidimiz olub. Bu, atəşkəsin kobud şəkildə pozulması ilə yanaşı, həm də düşmənin heç bir vəchlə “ipə-sapa yatmadığını” göstərir. Deməli, yeganə yol kəndirbaz kimi üstündə gəzdiyi ipin kəsilməsidir. Özü də dibindən!
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu belə insidentlərin davamlı olacağını düşünür:
“Rusiya sülhməramlıları da bu təxribatların qarşını ala bilməyəcək. Çünki noyabrın 10-da imzalanmış bəyanatda silahsızlaşdırma məsələsi nəzərdə tutulmayıb. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidirsə, orada hər hansı bir erməni silahlı qüvvələri ola və yaxud da saxlanıla bilməz. Ermənilərin əlində silah olduğu müddətcə bu cür insidentlər davam edəcək. Biz Azərbaycan dövləti olaraq ermənilərin silahsızlaşdırılması məsələsini qaldırmalıyıq”.
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu da eyni fikirdədir. O, “Sherg.az”a açıqlamasında rus sülhməramlılarının “fəaliyyətindən” söz açıb:
“Həmin hərbçilər tərəf tuturlar. Ermənilərlə şəkil çəkdirmələri, düşmənlərin maraqlarına cavab verən xəritənin hazırlanması, silahların yığılmaması bunu deməyə əsas verir. Düzdür, sonradan xəritədə düzəliş etdilər. Amma niyə birincini hazırlamışdılar?! Bu, çox ciddi sualdır. Qələbə paradından dərhal sonra Azərbaycan məhsullarına müəyyən qadağaların qoyulması, həmçinin hazırlanan xəritə Rusiyanın müəyyən hərbi və siyasi dairələrinin bizim güclənməməyimizi istəməməsindən xəbər verir”.
E.Şahinoğlunun fikrincə, gələcək toqquşmaların qarşısını almağın bircə yolu var:
“Son günlərdəki hadisələr onu göstərdi ki, əslində atəşkəs yox imiş. Qarabağ meşələrində erməni partizanlarının gələcəkdə də “peyda” olması və insidentlərin baş verməsi istisna deyil. Deməli, biz rəsmi Ankara ilə danışıqları sürətləndirməliyik ki, türk hərbçiləri də ən qısa zamanda Qarabağda olsunlar. Əks halda Rusiya yaranmış boşluqdan istifadə edərək təxribatları davam etdirəcək.
Düzdür, Kremllə də daim təmasda olmalıyıq. Amma rəsmi Moskva erməni separatçılarını dəstəkləməyə dair qərarını veribsə, qardaş ölkə ilə əməkaşlıqdan başqa yolumuz qalmır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
25 dəqiqəyə biletlər tükəndi!
03:23 07.05.2026
Şou
Qəzzada HƏMAS liderlərindən birinin oğlu öldürüldü
02:42 07.05.2026
Dünya
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm