"Rusiya sülhməramlıları Azərbaycanı tərk etməlidir" - ŞƏRH
03:31 09.11.2022
Siyasət
348
Prezident İlham Əliyevin Şuşadan səsləndirdiyi son bəyanatlar ölkənin və xarici medianın diqqətindədir. Siyasi şərhçi Aqşın Kərimov da dövlət başçısının nitqindən çıxan nəticələri açıqlayıb::
"Prezident İlham Əliyev ərazi suverenliyi, müstəqillik mövzularında çox prinsipialdır və Azərbaycan dövləti Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə, o cümlədən Xankəndidə tamhüquqlu suverenliyini bərpa edəcək".
Analitik bildirir ki, Rusiya sülhməramlıları Azərbaycanda işğalçı fəaliyyət apara bilməz (heç aparmırlar da) və onların xidmət müddəti yekunlaşanda ölkəni tərk etməlidir:
"Ermənilər sülhməramlılara bel bağlamasınlar, çünki rus qoşunları onların qoruyucusu rolunu oynaya bilməyəcəklər.
İlk dəfə Prezident səviyyəsində sentyabr ayındakı sərhəd əməliyyatlarının hansı ərazi nailiyyəti ilə nəticələndiyi açıqlandı. Hərçənd ki, Prezident özü də bəzi detalları tam demədi".
A. Kərimov onu da vurğulayır ki, Azərbaycan sentyabrda nəzarəti ələ keçirdiyi ərazilərdən geri çəkilməyib və təxribatlar davam edərsə, oradan və başqa istiqamətlərdən yeni əməliyyatlar həyata keçirə bilər.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm
Sabah 26 dərəcə isti olacaq
12:43 01.05.2026
Ekologiya
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
12:24 01.05.2026
Hadisə
Kanalizasiya borularını oğurlayanlar saxlanıldı
11:49 01.05.2026
Hadisə
Azərbaycanda yeni virus yayılıb? - Nazirlik
11:44 01.05.2026
Sağlamlıq
Tramp son zərbəyə hazırlaşır - İranla yeni müharibə planı açıqlandı
10:41 01.05.2026
Dünya
TƏBİB-in icraçı direktoruna yeni müavin təyin edilib
10:21 01.05.2026
Aktual
ABŞ Prezidenti: Müharibə bitən kimi yanacaq qiymətləri düşəcək
09:13 01.05.2026
Gündəm