
Rusiya, Türkiyə, İran rəsmiləri görüşəcəklər: Qarabağdan danışılacaq?!
Yusif Nəzərli
12:01 04.11.2021
Siyasət
795
Suriya üzrə danışıqların növbəti mərhələsi dekabrın ortalarında Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək. Qazaxıstanın xarici işlər nazirinin sözlərinə görə, qarant ölkələr nazir müavinləri səviyyəsində təmsil olunacaqlar:
“Bizə qarant ölkələrdən (Rusiya, Türkiyə, İran - red.) Astana prosesinin növbəti danışıqlarının təşkili ilə bağlı müraciət daxil olub, hazırda biz dəqiq tarixi razılaşdırırıq. Bu danışıqlar haradasa dekabr ayının ortalarında baş tutacaq”.
Rusiya, İran və Türkiyə bir araya toplaşacaq. Maraqlıdır, görüşdə Qarabağ məsələsinə toxunulacaqmı?

Sualımızı cavablandıran beynəlxalq məsələlər üzrə siyasi şərhçi Əziz Əlibəyli “Sherg.az”a bildirib ki, Qazaxıstan Asiya üzrə dünyanın bitərəf ölkələrindən hesab edilir:
"Əsas məsələ beynəlxalq güc mərkəzlərinin mövqelərinin toqquşmadığı məkan nəzərə alınmalıdır. Bu baxımdan Qazaxıstan əlverişli ölkə sayılır. Astana görüşləri bir sıra problemlərin müzakirə edildiyi mərkəzlərdəndir. Düşünmürəm ki, Nur-Sultan şəhərində Qarabağ məsələsinə toxunulacaq. Çünki Qarabağa dair mərkəzi görüşlər fərqli məkanlarda - Ankara, Soçi, Moskva, Bakı kimi şəhərlərdə keçirilir. Ümumilikdə Şərq ölkələrinə yönəlik siyasi proseslər, münaqişənin həll olunması istiqamətində addımlar atılması birmənalı şəkildə Qərbdən Şərqə doğru irəliləməkdədir. Bu görüşdə Qarabağa aid məsələlərdən danışılmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol