
"Rusiya-Ukrayna savaşının müqəddaratı qarşıdakı 3-4 aydan asılıdır” - ŞƏRH
"Rusiya-Ukrayna savaşının müqəddaratı qarşıdakı 3-4 aydan asılıdır” - ŞƏRH
Yusif Nəzərli
12:09 11.11.2022
Siyasət
659
Rusiyanın hərbi qüvvələri Ukraynanın Xerson vilayətinin eyniadlı şəhərini tərk ediblər.
Bunun ardından Ukrayna Silahlı Qüvvələri Şumensk rayonu istiqamətindən Xerson şəhərinə daxil olub. Ukrayna hərbçiləri həmçinin Xerson vilayətinin Belozerka, Çaykino və Klapaya yaşayış məntəqələrini də işğaldan azad edib.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Alyoşka və Qolaya Pristan kimi şəhərləri keçmək istəyənlər üçün bərələr işləyir.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.
Sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə “referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşdirilməsini dəstəkləyib. Rəsmi Kiyev, beynəlxalq təşkilatlar və dünyanın heç bir ölkəsi “referendum”ların nəticəsini tanımayıb. Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin "suverenliyi"nin və "müstəqilliyi"nin tanınması haqqında fərman imzalayıb. Həmin gün Ukraynanın dörd separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb. Mərasim Moskvada Böyük Kreml sarayının Georgiyevsk zalında keçirilib. Sazişləri Rusiya Prezidenti Vladimir Putin, separatçı “Donetsk Xalq Respublikası”nın, “Luqansk Xalq Respublikası”nın, Xerson və Zaporojye vilayətlərinin rəhbərləri imzalayıblar. Rusiya Dövlət Duması və Federasiya Şurasının ratifikasiyasından sonra oktyabrın 5-də V.Putin sazişləri təsdiqləyib.

Xersondan çıxmasının Rusiyanın imicinə zərbə vuracağını deyən AĞ partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı "Sherg.az"a açıqlamasında vurğulayıb ki, müharibənin nəticəsi qarşıdakı 3-4 aydan çox asılıdır:
"Son aylarda Ukrayna ordusunun Xersonu almaq cəhdləri artmışdı. Lakin bununla belə həmin ərazinin Kremlin əlindən çıxacağına heç kəs inanmırdı. Doğrudur, artıq Xersondan rus ordusu tamamilə çıxarılıb. Amma düşünürəm ki, burada bizlərə məlum olmayan başqa səbəblər və taktiki gedişlər ola bilər. Çünki Rusiya ilhaq etdiyi heç bir ərazidən belə asanlıqla çıxmazdı. Ola bilər ki, Xersonun verilməsi müqabilində tərəflər bir masa arxasında əyləşsinlər və atəşkəs əldə olunsun".
Analitik qeyd edib ki, geri dönüş etmək üçün Rusiya sərt qış aylarına hazırlaşır:
"Moskvanın əsas silahlarından biri də qış aylarıdır. Gələn aydan etibarən Avropa şaxtaya bürünəcək. Düzdür, Avropa ölkələrinin qışı keçirmək üçün qaz ehtiyatı görməsi ilə bağlı məlumatlar yayılıb. Amma ki, bu məlumatların nə dərəcədə doğru olub-olmadığını müəyyən etmək tezdir. Qarşıdakı 3-4 ay müharibənin gedişində mühüm rol oynayacaq".
Onun sözlərinə görə, əgər Avropa qaz böhranından qaça bilməyib Moskva ilə müəyyən razılıqlara gəlsə, Rusiya Xersonu yenidən qaytara bilər:
"Avropa ölkələrinin mənafeləri hər zaman daha üstün tutulub. Ona görə də Avropa qışda qaz sıxıntısı ilə üzləşsə, Kremlə qarşı sanksiyaları yumşalda bilər. Hazırda gözlər təkcə Rusiyaya yox, həm də İrana yönəlib. Avropa liderlərinin cənub qonşumuzla bağlı açıqlamaları bunu deməyə imkan verir. Lakin müharibənin necə bitəcəyi hələ də bilinmir və Xersonun geri qaytarılması Ukraynanın qələbəsi demək deyil.Ona görə ki, Zaparojye kimi bir vilayət də Kiyevin əlindən çıxıb. Faktiki olaraq Xerson geriyə qaytarılsa, Luqansk, Donetsk və Krım kimi mövzular kölgədə qalacaq. Bu da Rusiyanın manafelərinə xidmət edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət