Rusiyanın bəslədiyi “ilan” özünü vuracaq !- “Ermənilər məqam gözləyirlər” - İntiqam !
12:28 30.12.2020
Siyasət
888
“Rəsmi Moskva Qarabağa Qərbin və ABŞ-ın fikrini nəzərə almadan daxil olub”
“Onların sülhməramlılarının orda olması, Rusiyanın daxilində böyük münaqişələrə gətirib çıxara bilər”
“Qərb və xüsusən də ABŞ-ın erməni terror təşkilatlarının əliylə Qarabağın özündə və Rusiyada ruslara "toy" tutması uzaqda deyil”
“Artıq İkinci Qarabağ müharibəsinin bitməsinə baxmayaraq, separatçı ordu dəstələri kiçik qruplarla Azərbaycan hərbçilərinə hücum etməyə davam edirlər. Məsələnin bu tərəfi aydındır ki, onlar məğlubiyyəti həzm edə bilmir və buna əsasən partizan müharibəsinə başlayıblar”.
Bunu “Şərq”ə açıqlamasında iqtisadçı-ekspert Rauf Qarayev deyib. O əlavə edib ki, dünyada rəsmi olaraq 13 erməni terror təşkilatı var:
“İlk dəfə bu terror təşkilatı Osmanlı imperiyasının parçalanması üçün qərbdə yaradılıb. Terror təşkilatları müxtəlif yerlərdə hətta keçmiş Sosialist Sovet Respublika İttifaqı ölkələrinin birlikdə olduğu zaman Moskvada bir sıra partlayışlar ediblər. Bundan əlavə, Azərbaycanda da, Birinci Qarabağ döyüşləri başlamazdan əvvəl və sonra da, bir sıra həmvətənimiz bu terror təşkilatının qurbanı olub. İkinci Qarabağ döyüşləri zamanı ermənilər ruslara deyirdilər ki, əgər bizə dəstək olmasanız sizin dövlət parçalanacaq. Əslində bunu bir çoxları zarafat kimi qəbul edirlər. Rusiya özü ermənilərin ağasıdır o nə edə bilər? Amma məsələyə daha geniş prizmadan baxaq. Açıq formada bu səslənməsə də Rusiya Qarabağda terror təşkilatının olmasında Türkiyənin günahlandırır. Hesab edir ki, bunun qarşısını almaq üçün Qarabağda onun olması vacibdir. Məlum olduğu kimi, Rusiya Qarabağa Qərbin və ABŞ-ın fikrini nəzərə almadan daxil olub. Yəni onların sülhməramlıların orda olması, gələcəkdə Rusiyanın daxilində böyük münaqişələrə gətirib çıxara bilər. Necə? Bəslədiyi ermənilərin əli ilə. Qarabağ müharibəsində Rusiyanın onlara kömək etməməsi və buna görə “Rusiya cavab verəcək” ifadəsi heç də təsadüfi səslənməyib”.
Ekspert qeyd edib ki, ABŞ və Qərb onsuzda Rusiyanın dağılmasında meyillidir:
“Ermənilər isə heyf çıxmaq üçün məqam gözləyirlər. Rusiyada 3 milyon erməni yaşayır. Bundan əlavə ermənilər Rusiyada geniş media imkanlarına və diaspora əlaqələrinə malikdirlər. Hətta rusların bir sıra tanınmış siyasətçilərini satın alıblar. Rusiyanı hissə-hissə məhv etmək üçün Qərb və xüsusən də ABŞ erməni terror təşkilatlarının əliylə Qarabağın özündə və Rusiyada ruslara "toy" tutması belə çox uzaqda deyil. Onların “200 il Azərbaycan torpaqlarında bəslədiyi ermənilər özlərinə qənim olacaq” fikri haqqında düşünmək üçün artıq vaxt belə yoxdur. Rusiyada yeni erməni dövlətinin yaranması xəyal deyil. Rusiya nəzarəti ələ almağa çalışsa da, bu indiki vəziyyətdə real görünmür. Azərbaycanda gözəl bir atalar sözü var: "Özgəsinə quyu qazan, sonda özü o quyuya düşər". İllərlə bizə quyu qazan, öz mənafələri üçün ermənidən alət kimi istifadə edənin durumunun hansı yerdə olmasını sadəcə zaman göstərəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
18:49 06.05.2026
Gündəm
Abşeronda 19 yaşlı oğlan öldürülüb, saxlanılan var
18:41 06.05.2026
Hadisə
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:28 06.05.2026
Gündəm