Ona görə “təxribat” deyirik ki, bu ifadənin işlədilməsinin hərf səhvi və ya bilgisizlik olmadığı aydındır. Deməli, Rusiyanın informasiya siyasətində “at oynadan” Solovyovlar, Şeyninlər heç də az deyil. Onlar hər vəchlə provokativ addımlar atırlar. Məqsəd isə aydındır. Amma onların hiylələri, fitnə-fəsadları varsa, bizim də dəmir məntiqimiz, soyuqqanlılığımız və iradəmiz var. Ən əsası isə güc də, ədalət də tərəfimizdədir.
Rusiyanın Qarabağda çirkin planı ! – “Status məsələsində...”
Banuçiçək Kalbalıyeva
11:52 06.01.2021
Siyasət
748
“Xankəndi, Xocavənd, Əsgəran və Ağdərənin Ermənistanın nəzarətində qalması ilə bizi barışdırmaq istəyirlər”
“Onlar Qarabağı de-yure olmasa da, de- fakto tanımaq niyyətindədirlər”
“Onların planları, istəkləri ilə barışmamalı, lazım gələndə səsimizi qaldırmalıyıq”
Rusiya Müdafiə Nazirliyi Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təxribat xarakterli informasiya yayıb. Qurumun rəsmi səhifəsinin Qarabağla bağlı xəbərin sərlövhəsində “Dağlıq Qarabağ Respublikası” sözlərinin yazılması ölkəmizdə haqlı narazılıqlara səbəb olub. Ciddi xəbərdarlıqlardan sonra sözügedən orqan səhvini düzəltdi. Axı Qarabağ məsələsi birdəfəlik həll olundu. Və bunu ən yaxşı bilənlərdən biri də 10 noyabr bəyanatında iştirak edən Rusiya tərəfidir. Elə isə nəyə lazımdır belə təxribatlar?!
Ona görə “təxribat” deyirik ki, bu ifadənin işlədilməsinin hərf səhvi və ya bilgisizlik olmadığı aydındır. Deməli, Rusiyanın informasiya siyasətində “at oynadan” Solovyovlar, Şeyninlər heç də az deyil. Onlar hər vəchlə provokativ addımlar atırlar. Məqsəd isə aydındır. Amma onların hiylələri, fitnə-fəsadları varsa, bizim də dəmir məntiqimiz, soyuqqanlılığımız və iradəmiz var. Ən əsası isə güc də, ədalət də tərəfimizdədir.
Siysi analitik Turab Rzayev Rusiyanın növbəti təxribatını “Sherg.az”a şərh edərkən onların məqsədlərini açıqlayıb:
“Həmişə bu ifadədən- “DQR” abreviaturasından istifadə ediblər. Bu, təkcə Rusiyanın mövqeyinin deyil, həm də yerli mediada erməni lobbisinin fəallığını göstərir. Əslində müharibədən sonra fərqli yanaşmanın olacağı gözlənilirdi. Çünki Moskva rəsmiləri status məsələsinin gələcəkdə müzakirə olunacağını deyirdilər. Amma, görünür, mövqeləri dəyişməyib. Təxribat xarakterli müxtəlif fotoların çəkilməsi, səmimi görüşlər və s. eyni planın tərkib hissəsidir. Onlar Qarabağı de-yure olmasa da, de- fakto tanımaq niyyətindədirlər. Sülhməramlıların, Rusiyanın dövlət orqanlarının Qarabağdakı fəaliyyəti bu planı bir daha təsdiqləyir. Onlar Xankəndi, Xocavənd, Əsgəran və Ağdərənin Ermənistanın nəzarətində qalması ilə bizi barışdırmaq istəyirlər”.
T. Rzayevin fikrincə, Azərbaycan bu təxribatlara lazımi cavabı verməlidir:
“Düzdür, bizim müvafiq etirazlarımızdan sonra onlar həmin ifadəni düzəldir, silirlər. Amma nə olsun? Bir müddət keçir eyni hal təkrarlanır. Ruslar heç bir halda bitərəf deyillər. Erməni əhalinin əraziyə köçürülməri, onlara humanitar yardımlar edilməsi, ev tikilməsi və s. bunu sübut edir. Bəs bizim insanlarımıza niyə ev tikmirlər? Əlbəttə, onların tikdikləri evlərə ehtiyacımız yoxdur. Lakin məsələ başqadır. Azərbaycan hələ ki, atəşkəsə tam riayət edir. Fəqət heç bir halda onların planları, istəkləri ilə barışmamalı, lazım gələndə səsimizi qaldırmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm