Rusiyanın tərəfdaşlarının sayı artdıqca səsi daha ucadan gəlməyə başlayır - TƏHLİL
13:13 10.07.2024
Siyasət
606
Hadisələr göstərir ki, Kreml Ukrayna məsələsini bitirib, diqqətini digər problemlərə yönəlməyə çalışır
Rusiya əvvəlkindən daha çox resurslara çıxış əldə edərək cəbhədə əməliyyatlarının həcmini də artıra bilir
Rusiya Ukrayna müharibəsi ənənəvi şiddəti ilə davam edir. Kiyevin Qərbdən aldığı və daha dağıdıcı silahlar döyüş meydanında qarşı tərəfin canlı və texniki itkilərini xeyli artırıb.
Təbii ki, Rusiya da sakit dayanmayıb. Böyük ehtimalla, bu yay hərbi qarşıdurma ən kəskin fazasına girəcək. “Qərb müttəfiqləri Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirməyə icazə verərsə, Ukrayna ordusu qarşı tərəfin hücum əməliyyatlarını poza biləcək”.
Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun təhlilində deyilir (Teleqraf.com).
ABŞ analitikləri nümunə kimi iyunun sonunda Ukrayna Silahlı Qüvvələrinin endirdiyi zərbələri göstərirlər. Ötən günlərdə Ukrayna hərbçiləri Belqorod vilayətindəki Rusiya alayının komanda məntəqəsini vurmuşdular. Obyektin cəbhə xəttinə yaxın və sərhədə bir kilometrdən də az məsafədə yerləşməsi, onun Rusiyanın Xarkov vilayətindəki əməliyyatlarında mühüm əhəmiyyət daşıdığını deməyə əsas verir. İnstitutun ekspertlərinin fikrincə, Ukrayna hərbi obyekti Fransanın yüksək dəqiqlikli “Armament Air-Sol Modulaire Hammer” bombası ilə vurub. “Bu, Qərbin Ukrayna ordusunun Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirmək üçün öz silahlarından istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa davam edərsə, Ukraynanın Rusiyanın hücum əməliyyatlarını poza biləcəyi faktını təsdiqləyir. Ukrayna düşmənin genişmiqyaslı əməliyyatlarını pozmaq məqsədilə Rusiyanın dərinlikdəki hərbi obyektlərinə zərbələr endirmək üçün Qərbin verdiyi silahlardan, xüsusən də ATACMS raketlərindən istifadə edə bilməlidir”, - təhlildə vurğulanır.
Görünən budur ki, müharibədə dönüş anı yaxınlaşmaqdadır. Hərçənd tərəflərin diametral zidd mövqeləri sülh masasının qurulmasını mümkünsüz edir. Macarıstan baş naziri Viktor Orbanın təşəbbüsü ilə bağlı qalmaqal isə göstərdi ki, vasitəçi tapmaq elə də asan deyil. Maraqlıdır ki, Orbanın Putinlə görüşündən sonra Rusiya Ukraynaya hücumları artırıb. “Önümüzdəki aylarda cəbhədəki vəziyyətin daha da pisləşəcəyi gözlənilir. Mənim həm Ukrayna, həm də Rusiya prezidentləri ilə danışmaq imkanım olub və inanın ki, qarşıdakı iki-üç ay düşündüyümüzdən daha qəddar olacaq. Müharibə siyasətindən sülh siyasətinə keçmək üçün indi ən doğru məqamdır”, - Orban bildirib.
Mövzunu “Sherg.az”a dəyərləndirən hərbi-siyasi ekspert Həşim Səhrablı bildirib ki, Rusiya-Ukrayna cəbhəsində son günlər artan münaqişə Qərb və Şərq arasındakı gərginlik ilə bağlıdır:
“Müharibənin ilk günlərində Şərq dövlətləri olan Çin, Şimali Koreya və digər ölkələr Rusiyayla gizli şəkildə əlaqələrini davam etdirirdilərsə, indi açıq formada rəsmi Moskvaya yardım göstərirlər. Eyni zamanda, hərbi dəstək verməkdən belə çəkinmirlər. Hindistan Rusiya ilə son dərəcə münasibətlərini inkişaf etdirir. Ona görə də Rusiya əvvəlkindən daha çox resurslara çıxış əldə edərək cəbhədə əməliyyatlarının həcmini də artıra bilir. Bu isə Rusiyanın Ukrayna məsələsini birmənalı şəkildə bitirməyə və digər problemlərə yönəlmək istəməyindən xəbər verir. Yəni Ukrayna münaqişəsində atəşkəs razılaşması əldə etməyə fokuslanıb. Ona görə də Rusiya son zamanlar hərbi əməliyyatlarını intensivləşdirir. Eyni zamanda, Rusiyanın tərəfdaşlarının sayı artdıqca səsi daha çox gəlməyə başlayır. Rusiyanın cəbhədəki hücümlarının şiddəti bu gümlərdə keçirilən NATO sammitin nəticələrinin elan olunmasına qədər davam edəcək. Əgər NATO sammitində Ukrayna həlledici dəstək barədə razılığa gəlinərsə, Rusiyanın cəbhədə qazandığı üstünlük sarsıla bilər. Ukraynanın isə öz hücumlarının sayını artırma ehtima yaranar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol