Şahbaz Şərif İlham Əliyevə təşəkkür etdi
Yusif Nəzərli
16:11 14.05.2025
Siyasət
363
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovu qəbul edib.
Bu barədə Axar.az-a Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Baş nazir Pakistanla sarsılmaz həmrəylik və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, eləcə də qardaş Azərbaycan xalqına dərin minnətdarlığını bildirib. Baş nazir əlavə edib ki, qardaş ölkə tərəfindən nümayiş etdirilən mövqe iki xalq arasında möhkəm dostluğun və qardaşlığın təzahürüdür.
Regionda baş verənlər və əldə olunmuş atəşkəs razılaşması barədə danışan Baş nazir gələcək dövrlərdə də hər hansı təcavüz qarşısında öz suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə etməyə hazır olduğunu bildirib.
Baş nazir strateji xarakter daşıyan Pakistan-Azərbaycan münasibətlərinin inkişafından bəhs edərək, ikitərəfli əməkdaşlığın müsbət trayektoriyasından məmnunluğunu ifadə edib. O, Prezident İlham Əliyevin ötən ilin iyulunda Pakistana tarixi səfərinin iqtisadiyyat, ticarət və investisiya sahələrində yeni əməkdaşlıq imkanlarının açılması ilə mühüm mərhələ olduğunu bildirib. Baş nazir fevralda Bakıya səfərini xatırladaraq, Pakistanın qardaşlıq əlaqələrini qarşılıqlı faydalı iqtisadi tərəfdaşlığa yüksəltmək istəyini bir daha təsdiqlədi.
Azərbaycan və Pakistanın dost və qardaş ölkələr kimi hər zaman birlikdə olduğunu bildirən ölkəmizin Pakistandakı səfiri Xəzər Fərhadov Prezident İlham Əliyevin iki ölkə arasındakı qardaşlıq əlaqələrinə böyük önəm verdiyini və son illər ərzində tərəflər arasında əlaqələrin sürətlə inkişaf etdiyini bildirib.
Xəbər lenti
Hamısına bax
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
19:26 03.07.2026
Futbol
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya
Tramp NATO sammiti üçün Ankaraya min nəfərlik heyətlə gəlir
18:47 03.07.2026
Gündəm
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
18:42 03.07.2026
Dünya
Əli Tekin Atalar vəfat etdi
18:26 03.07.2026
Mədəniyyət
DÇ-2026 qaydaları Türkiyədə də tətbiq olunacaq
18:24 03.07.2026
Futbol
Tbilisi ABŞ konqresmeninin açıqlamasına sərt reaksiya verdi
18:18 03.07.2026
Dünya
İran Yaponiyaya neft satışına başlayır
18:12 03.07.2026
Dünya
Bakı-Tiblis-Qars dəmiryolu Çinə qədər uzanacaq?
17:55 03.07.2026
Aktual
Almaniya Kansleri Trampa cavab verib
17:42 03.07.2026
Dünya
Ursula fon der Lyayenin mesajı yeni reallığı ortaya qoydu - ŞƏRH
17:41 03.07.2026
Gündəm
Uşaq bağçalarında qida normaları təcili yenilənməlidir
17:20 03.07.2026
Cəmiyyət
Xalqın dəstəyi İlham Əliyevin əsas siyasi gücüdür - Əkbər Qoşalı
17:16 03.07.2026
Gündəm