Sahibə Qafarova Rusiyaya başsağlığı verib

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkoya və Dövlət Dumasının sədri Vyaçeslav Volodinə başsağlığı məktubları ünvanlayıb.

Bu barədə Sherg.az-a parlamentin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məktublarda Rusiyanın Amur vilayətində An-24 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatından dərin kədər ifadə olunur, həlak olanların ailələrinə və yaxınlarına Milli Məclisinin sədri və deputatları adından dərin hüznlə başsağlığı verilir.