Sakit Okean vətəndaş cəmiyyəti təşkilatları Yeni Kaledoniya ilə bağlı bəyanat yayıb
Sakit Okean vətəndaş cəmiyyəti təşkilatları Yeni Kaledoniya ilə bağlı bəyanat yayıb
11:16 20.05.2024
Siyasət
350
Sakit Okean regionunda fəaliyyət göstərən 30-a yaxın təşkilat Fransa hökumətinin Yeni Kaledoniyada dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərə etiraz əlaməti olaraq birgə bəyanat (https://apa.az/storage/news/upload/FR-MEDIA-STATEMENT-Pacific-groups-call-on-the-UN-and-Pacific-Leaders-to-intervene-in-Kanaky-New-Caledonia_1716203470.pdf ) yayıb.
APA xəbər verir ki, bəyanatda Fransanın dekolonizasiya prosesini idarə etmək iqtidarında olmadığı vurğulanaraq, BMT-dən, eləcə də Sakit Okean hövzəsi ölkələrinin rəhbərlərindən prosesə müdaxilə etmək tələb olunur.
Onlar iğtişaşların səbəbi kimi Fransa hökumətinin Yeni Kaledoniyada seçki qanunvericiliyini zorla dəyişmək inadından qaynaqlandığını qeyd ediblər:
“Son aylarda Kanak liderləri dəfələrlə yerli xalqların öz müqəddəratını təyinetmə hüququnu təhlükə altına alan və ərazinin gələcək statusu ilə bağlı davam edən dinc dialoqu təhdid edən yerli seçki qanunvericiliyinə təklif edilən konstitusiya dəyişikliyinin geri götürülməsinə çağırışlar edib”.
Makron hökumətini müstəmləkəçilikdə ittiham edən bəyanat müəllifləri, Fransa tərəfindən birtərəfli qaydada təklif edilən bu dəyişikliklərin kanak xalqını öz torpağında azlığa çevirəcəyini və onların azadlığa gedən yollarını bağlaya biləcəyini vurğulayıb:
“Aydındır ki, Fransa hökuməti Makronun rəhbərliyi altında bu dekolonizasiya prosesinə nəzarət etmək iqtidarında deyil və yararsızdır. BMT daha ədalətli və dinc keçidi bərpa etmək üçün müdaxilə etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq