Samir Əsədli: Türk birliyi sürətlə irəliləməlidir
Samir Əsədli: Türk birliyi sürətlə irəliləməlidir
Yusif Sultanoğlu
02:07 09.04.2024
Siyasət
626
Çağdaş geopolitik durum türk dövlətləri qarşısında yeni sistemli və təsirli mexanizmlərini formalaşdırmaq zərurətini qoyub
Türkiyə Xarici İşlər Nazirliyində (XİN) struktur islahatları çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Departamenti yaradılıb. Məlumata görə, Türk dünyasının əhəmiyyətini nəzərə alaraq yaradılan Departamentin səlahiyyətlərinə türk dövlətləri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi daxildir. Vurğulanıb ki, islahatlar ikitərəfli və çoxtərəfli əlaqələri inkişaf etdirmək məqsədi daşıyır. Eyni zamanda ayrı-ayrı bölgələrin və ölkələrin əhəmiyyətini nəzərə alaraq bəzi dövlətlər üzrə idarələr də yaradılıb. Məsələn, Amerika ölkələri Departamenti ilə yanaşı, Latın Amerikası ölkələri üzrə ayrıca idarə yaradılıb. Eyni zamanda Asiya ölkələri Departamenti ilə yanaşı, İran və İraq şöbəsi də yaradılıb. Həmçinin Beynəlxalq Vasitəçilik İdarəsi yaradılıb ki, bu da ziddiyyətlərin və münaqişələrin həlli sahəsində mütəxəssisləri bir araya gətirmək imkanı verəcək.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Sherg.az"a açıqlamasında deyib ki, Türk Dövlətləri Təşkilatı struktur, icra mexanizmi və siyasi-ideoloji baxımından dünya siyasi arenasında yeni növ birlik formatıdır. Ekspertin sözlərinə görə, digər regional və beynəlxalq birliklərdən, əməkdaşlıq formalarından fərqli olaraq Türk Dövlətləri Təşkilatında üzv dövlətləri tam mənada bərabərhüquqludur və onların hər birinin milli maraqları təşkilat miqyasında əsas götürülür:
"Əsas hədəf türklərin haqq və hüquqlarının dünyanın bütün guşələrində qorunması, regonal iqtisadi layihələrdə türk dövlətlərinə üstünlük verilməsi bu birliyin əsas prinsipləridir. Bu baxımdan Türk Dövlətləri Təşkilatının daha sürətli inkişafı, beynəlxalq müstəvidə perspektivi mütləqdir. Çağdaş geopolitik durum türk dövlətləri qarşısında yeni sistemli və təsirli mexanizmlərini formalaşdırmaq zərurətini qoyub. Buna görə zamanın tələbinə cavab verərək sürətli şəkildə yeni inteqrasiya formaları yaradılmalıdır. Avrasiyada türk adına yeni siyasi güc mərkəzinin formalaşması vacibdir. Məhz bu səbəbdəndir ki, tarixi baxımdan çox qısa olan cəmi 14 il müddətində türk dövlətləri “Türkdilli ölkələr” kimi münasibətlər qurmaq miqyasından “Müstəqil Türk Dövlətləri” kimi vahid təşkilatda qlobalmiqyaslı güc olmaq məqsədini qarşıya qoyan dinamik bir sistem halına gəlib".
Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan və Türkiyə dövlət olaraq bu prosesdə daha fəal rol oynayır:
"Milli Məclisin qərarı ilə Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə İşçi qrupu yaradılması bu baxımdan rəsmi Bakı tərəfindən atılmış çox mühüm bir addımdır. Parlamentlərarası İşçi qrup xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, mədəni-humanitar və siyasi-iqtisadi münasibətlərin canlandırılması ilə yanaşı, Orta Asiya respublikaları üçün də bir təkan olmalıdır. Gələcəkdə Şimali Kipr Türk Cümhuriyyətinin bütün türkdilli dövlətlər tərəfindən rəsmən tanınması və Türk Dövlətləri Təşkilatının bərabərhüquqlu üzvü olması əsas məqsəd olmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron III Karlın Trampla bağlı zarafatına reaksiya verib
19:23 01.05.2026
Dünya
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm