Seçkilərin təşviqat mərhələsi: Hüquqları bərpa olunan, şikayəti təmin edilməyən namizədlər var
Fidan Həmişəyeva
11:32 24.01.2020
Siyasət
628
Fevralın 9-da ölkəmizdə keçiriləcək parlament seçkilərinin təbliğat-təşviqat dövrüdür. Namizədlər qanuna uyğun olaraq təşviqatları çərçivəsində seçiciləri ilə görüşür, platformalarını açıqlayırlar.
Bəzi namizədlər müxtəlif arqumentləri əsas gətirərək seçki prosesində qanun pozuntusu olduğunu bildirirlər. Namizədliyini geri götürən şəxslər də var.
Builki parlament seçkilərinin gedişatı barədə fikirlərini Sherg.az-la bölüşən AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı seçkilərin özünün böyük bir kampaniya olduğunu deyib.
O, bildirib ki, ölkəmizdə seçkiləri təsnifata bölsək, ilk növbədə prezident seçkilərinin mühüm və vacibliyini qeyd edə bilərik:
“Bundan sonra parlament seçkilərinə önəm verilir. Sonra isə bələdiyyə seçkiləri gəlir. Əlbəttə, parlament seçkilərində rəqabət bələdiyyə seçkilərinə nisbətən daha güclüdür. Parlament seçkilərindən narazı və razı olanlar var. Təbii ki, hər kəsin razı olduğunu bildirsək bu, düzgün olmaz. Müşahidələrimizə görə, bəzi namizədlərin dairə seçki komissiyalarında hüquqları pozulub. Onlar MSK-ya müraciət ediblər və hüquqları bərpa olunub. Belə bir fakt da var ki, namizədliyi qeydə alınmış şəxs həmin dairədəki digər namizəddən şikayət edərək onun məhkumluğu olduğunu deyib. Bu məsələyə MSK baxıb və həmin şəxsin namizədliyi ləğv edib. Yəni, hüquqları bərpa olunanlar, həmçinin şikayəti təmin olunmayan namizədlər var. Onların bir çoxu qanunda nəzərdə tutulmuş bəzi tələblərə riayət etməyiblər. Məsələn, mülkləri, əmək haqları, maliyyə hesabatları haqqında məlumatı dəqiq vermirlər. Bu yaxınlarda MSK-nın sədir Məzahir Pənahov bildirdi ki, bəzi namizədlər bilərəkdən istəmirlər ki, onların namizədliyi qeydə alınsın. Yəni, qanuni sənədləri lazımi səviyyədə doldurub vermirlər. Bu günkü məlumatlara görə, bəzi şəxslər namizədliyini geri götürməyə başlayıblar. Bu da yenilikdir. Seçki prosesində kimlər seçiləcəksə, hamısına uğurlar arzu edirik. Seçilə bilməyənlər, qeydiyyata alınmayanlar növbəti seçkilərdə iştirak edib uğur qazanarlar. Ümumilikdə indiyə qədər proses normal keçir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya