Səfirlərin İrəvana toplanması heç nəyi dəyişmir
Yusif Nəzərli
11:20 04.11.2021
Siyasət
795
ABŞ bölgədə Moskva və Ankara faktorunu gözardı edə bilməz
Vaşinqtonun üçüncü oyunçu olmaq cəhdləri nəticə verməyəcək
ABŞ Dövlət katibinin köməkçisinin Cənubi Qafqaz, regional münaqişələr və Cənubi Avropa üzrə müavini Erika Olsonun bölgəyə səfəri Ermənistandan başlayıb. Amerikalı diplomat Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanla görüşdə bölgədə təhlükəsizlik məsələləri barəsində fikir mübadiləsi aparıb, Qarabağdakı humanitar vəziyyəti müzakirə edib. Bundan sonra Erika Olson Azərbaycana və Gürcüstana səfər edəcək.
Mövzu ilə bağlı fikirlərini "Şərq"lə bölüşən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu maraqlı məqamlara toxunub:
“Sual olunur, əgər amerikalı diplomat Gürcüstana və Azərbaycana da səfər edəcəksə, o zaman bu ölkələrdəki səfirləri niyə İrəvana çağırıb? Axı onlarla Tiflisdə və Bakıda ayrılıqda görüşərək fikir mübadiləsi aparmaq imkanı olacaq. Bu nə mövzu və ya mövzulardır ki, onları məhz İrəvanda birgə müzakirə etməyə ehtiyac var? Adətən amerikalı diplomatlar mərkəz kimi Tiflisdən istifadə edərdilər. İndi isə İrəvanı seçiblər. Görüşdə amerikalı həmsədr Endryu Şoferin iştirakı da maraqlıdır. Görünür, Dövlət Departamenti bununla demək istəyir ki, Vaşinqton Minsk qrupunun yenidən fəaliyyətə başlamasında maraqlıdır. Ermənistan da bunu istəyir. Minsk Qrupu danışıqlara yenilik gətirməyəcəksə, rəsmi Bakı bu fəaliyyətdə maraqlı olmayacaq”.
Elxan Şahinoğlunun sözlərinə görə, işğaldan əvvəl Ermənistan danışıqları uzadır və Minsk qrupunun fəaliyyəti nəticə vermirdi:
“İndi isə əksinə, həmsədrlərin fəaliyyətində maraqlı olan Ermənistan danışıqları canlandırmağa çalışır. Bu dəfə isə Azərbaycana bu gərəkli deyil. Amerikalı diplomatların İrəvanda toplaşmasının Dövlət Departamenti üçün simvolik əhəmiyyəti var. Bununla Vaşinqton Moskvaya mesaj göndərir ki, Ermənistan Rusiyadan asılı dövlət olsa da, ABŞ bu asılılığı zəiflətmək üçün əlindəki imkanlarından yararlanmağa davam edəcək.
Təsadüfi deyil ki, vaxtilə ABŞ keçmiş SSRİ məkanında həm miqyasına, həm də işçi heyətinə görə ən böyük səfirliyini Ermənistanda təsis edib. Buna baxmayaraq, ABŞ-ın Cənubi Qafqazdakı və Ermənistandakı mövqeləri İkinci Qarabağ müharibəsindən sonra daha da zəifləyib. Bölgəyə təsir edəcək iki ölkə – Rusiya və Türkiyə var. Vaşinqtonun üçüncü oyunçu olmaq cəhdləri nəticə verməyəcək.
Çünki Vaşinqtonla münasibətlərində gərginlikləri olan Moskva və Ankara Amerikanın Cənubi Qafqazda mövqelərinin möhkəmlənməsinə imkan verməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol