SƏRT REAKSİYA: “Bu erməni rəsmiləri mütləq həbs olunmalıdır”
Fidan Həmişəyeva
11:53 15.01.2021
Siyasət
501
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bölgəyə qanunsuz səfərlərlə bağlı Ermənistana son xəbərdarlığını edib. Qurumdan bildirilib ki, Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir:
“Rəsmi Bakının icazəsi olmadan Ermənistan xarici işlər naziri bir daha Azərbaycan ərazilərinə səfər edəcəyi təqdirdə, bu, Ermənistan tərəfinə baha başa gələ bilər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı Ermənistan xarici işlər nazirinin əsassız iddiasına gəldikdə isə Prezident İlham Əliyevin status məsələsini tarixin zibilliyinə göndərdiyini Ermənistan rəsmilərinə xatırlatmaq istərdik”.
Mövcud durumu “Sherg.az”a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc bildirib ki, Azərbaycan XİN-in verdiyi açıqlama yerində və düzgündür:
“Bir müddət öncə Ermənistan xarici işlər naziri Ara Ayvazyan Qarabağa qanunsuz səfər etmişdi. Azərbaycanın sərt etirazı barədə qarşı tərəfin verdiyi reaksiya hüquqi əsaslara dayanmır.
Bu reaksiya vətən müharibəsindəki məğlubiyyətin nəticələrinin yaratdığı şokla əlaqədardır. 10 noyabr 2020-ci ildə bütün dünyanın gözü qarşısına Azərbaycan və Rusiya rəhbərinin üçtərəfli sənədi imzaladığının şahidi olduq.
Lakin Ermənistanın baş naziri qeyri-məlum yerdə və durumda bu sənədi imzalayıbsa, avtomatik olaraq Qarabağla bağlı məsələlərin tam təyinatı hər kəsə bəlli oldu.
Bu baxımdan ermənilərin özünü müdafiə üçün gətirdiyi arqumentlər işlək deyil. Azərbaycan Prezidenti Moskva görüşündə siyasi iradəsini ortaya qoyaraq üçtərəfli razılaşmadan sonra ermənilərin bölgəyə silahlı qüvvələr göndərməsi və ələ keçən separatçıların hərbi əsirlər kimi təqdim edilməməsini qeyd etdi. Belə olan təqdirdə erməni rəsmilərinə də diversant kimi həbs edilən şəxslərlə eyni yanaşma tətbiq edilməlidir”.
Z.Orucun sözlərinə görə, ölkəmiz haqlı olaraq Ermənistana beynəlxalq qanunların tələblərini icra etməli olduğunu xatırladır:
“Hansı statusda olmalarından asılı olmayaraq Azərbaycan ərazilərinə qanunsuz səfər edən erməni rəsmiləri mütləq həbs olunmalıdır. Tarixən İrəvan və Zəngəzurda yaşamışıq. Lakin bütün normaları heçə sayıb İrəvana getsək, hansı reaksiya ilə üz-üzə qalarıq? Bəllidir ki, erməni tərəfi olduqca sərt addımlar atacaq.
Azərbaycan XİN Qarabağa qanunsuz səfərlərlə bağlı yerində xəbərdarlıq edib. Qarşı tərəf bu xəbərdarlıq ilə hesablaşmağa məcbur olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
18:49 06.05.2026
Gündəm
Abşeronda 19 yaşlı oğlan öldürülüb, saxlanılan var
18:41 06.05.2026
Hadisə
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:28 06.05.2026
Gündəm
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:22 06.05.2026
Dünya