Sinan Oğan: Ermənistan bu dəfə atəşlə oynadığını gec başa düşdü
13:59 27.09.2020
Siyasət
788
Bu səhər Ermənistanın Azərbaycana qarşı başlatdığı yeni təxribat xarakterli hücumu şiddətlə qınayıram. Lakin Ermənistan bu dəfə atəşlə oynadığını gec başa düşdü. O atəş bu dəfə Ermənistanı yandıracaq. Azərbaycanın bu hücumlara qarşılıq verərək uzun illər işğal altındakı kəndləri və təpələri azad etməsi münasibətilə də Azərbaycan Ordusunu və xalqını təbrik edirəm.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) sədri Sinan Oğan bildirib.
O deyib: “Ermənistanın Tovuz bölgəsinə hücumları zamanı neft və təbii qaz xətlərini hədəf alan bir strateji tətbiq etməsi onu göstərir ki, bu yalnız onların özlərinə aid olan bir plan deyil. Bununla Ermənistan və onu dəstəkləyən ölkələr Azərbaycan qazının və enerji qaynaqlarının Avropa və dünyaya çıxmasına mane olmaq istəyirlər. Digər tərəfdən isə Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşıq əlaqələrinin hərbi əməkdaşlığa çevrilməsinin bölgədəki bəzi dövlətlərin narahatlığına səbəb olduğunu da görürük. Bu narahatlıq Azərbaycana qarşı hücumlara çevrilir. Lakin Türkiyə ilə Azərbaycan arasındakı sağlam dostluq və qardaşlıq münasibətlərindən kim narahat olursa-olsun, Türkiyə istər hərbi, istəsə də diplomatik olmaqla hər sahədə və hər şəraitdə qardaş ölkəni dəstəkləməyə davam edəcək və sonuna qədər Azərbaycanın yanında olacaq.
Ermənistan son zamanlar Suriya və Livan ermənilərini işğal altındakı Azərbaycan torpaqlarına yerləşdirmə siyasəti aparır. Yerləşdirilən bu insanlar arasında PKK terror təşkilatının üzvləri də var. Bununla Ermənistan PKK-nın Türkiyə ordusuna qarşı hücumlarını Azərbaycan ordusuna qarşı da yürütmək niyyətində olduğu görünür. Çünki Ermənistanın Azərbaycanla təkbətək savaşda heç bir şansı olmadığı hər kəsə bəllidir. Tam əminliklə deyə bilərəm ki, Azərbaycan bu müharibədə qalib tərəf olacaq. Belə ki, istər əhali sayı, istərsə də ordu gücü baxımından Ermənistanla Azərbaycan arasında müqayisə olunmayacaq dərəcədə fərq var”.
S.Oğan bildirib: “Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün əvvəlki çıxışında Azərbaycanın kəşfiyyat orqanları tərəfindən Ermənistanın hücuma hazırlanması barədə xəbərdarlıq edildiyi və buna qarşı tədbirlərin alındığı barədə bildirmişdi. Hazırda biz Azərbaycan ordusunun döyüşə tam hazır olduğunu görürük. Burada birlik də çox vacibdir ki, biz də bunu Azərbaycan xalqının hər bir üzvündə görürük. Müharibə sadəcə cəbhədə deyil, arxa cəbhədə də birlik olduğu təqdirdə qazanılır. Burada Türkiyə və Azərbaycan diasporlarının xaricdəki fəaliyyəti də çox vacib rol oynayır. Hazırda Türkiyə ordusu Azərbaycanın yanındadır, türk siyasətçilər olaraq biz də hər zaman Azərbaycanın yanındayıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm