SİQNAL !- “Ruslar Qarabağda ermənilərin mövcudluğunu qoruyur” - Gecikmək olmaz !
Banuçiçək Kalbalıyeva
10:48 05.01.2021
Siyasət
593
"Ermənistan müqaviləni pozan tərəf kimi təhriklərini davam etdirsə, Türkiyə hüquqlarından yararlanacaq”
“Bu, beynəlxalq hüquqla da tənzimlənən bir məsələdir”
"Azərbaycan hərb meydanında qazandığı zəfəri diplomatiyada da təsdiqləməli və qarşı tərəfin müharibə cinayətkarı olduğunu beynəlxalq ictimaiyyətə göstərməlidir"
Türkiyə Hava Qüvvələri Akademiyasının rəhbəri, ehtiyatda olan general-mayor Kürşat Atılgan Qarabağdakı sülhməramlıların fəaliyyəti barədə danışıb. O, bir sıra mühüm məqamlara toxunub. Həmçinin deyib ki, Türkiyə hərbçilərindən ibarət digər heyət də Azərbaycana gəlməyə hazırlaşır:
“İnşallah, ən yaxın zamanda onlar Azərbaycana gələcəklər və Qarabağda xidmətlərinə başlayacaqlar. Türkiyə hərbçiləri də Rusiya sülhməramlıları kimi Qarabağda xidmət aparacaqlar. Əgər ermənilər Qarabağda təxribata cəhd edərsə, o zaman Türkiyə sülhməramlıları buna imkan verməyəcək. Çünki biz yaxşı bilirik ki, müharibəni uduzan Ermənistan ordusu tamamilə məhv olmaq astanasında idi.Rusiya sülhməramlıları onları son anda xilas etdi.
Ancaq ermənilər də ağıllarını başlarına toplamalı və təxribatlardan əl çəkməlidirlər. Əks halda, Türkiyə və Azərbaycanın hörmətli rəhbərlərinin də dediyi kimi, bunun nəticələri onlar üçün daha sarsıdıcı olacaq. Türkiyə ədalətdən və sülhdən yanadır.
Biz qardaş Azərbaycan kimi regionda daimi sülhün bərqərar olmasını istəyirik. Azərbaycan ordusununun 2020-ci ildə qazandığı möhtəşəm Qarabağ zəfəri də bu sülhün bərqərar olması üçün zəmin yaratdı.
Bundan sonra Ermənistan xalqı çalışıb normal qonşu və dost kimi yaşamağı bacarmalıdır”.
Türkiyənin İstanbul universitetinin professoru, beynəlxalq münasibətlər üzrə mütəxəssis Yaşar Onay generalın fikirləri barədə “Sherg.az”a danışarkən onu dəstəkləyib:
“Razılaşmaya görə türk əsgəri Dağlıq Qarabağda müqavilənin şərtlərini yerinə yetirmək, o cümlədən təhlükəsizliyi təmin etmək üçün ruslarla birlikdə olacaq. Yəni hər iki dövlətin rolu eynidir. Hədəf Qarabağdakı 28 illik işğala son vermək və atəşkəsin daimiliyini qorumaqdır. Yaradılan monitorinq mərkəzi lazımi tədbirləri görərək, ehtimal edilən təxribatların qarşısını almalıdır.
Həmçinin bildiyiniz kimi, Dağlıq Qarabağ xəttində və Laçın dəhlizində nəzarət məntəqələri olacaq. Ankara isə Azərbaycanın yanında olmağa davam edəcək. Ermənistan müqaviləni pozan tərəf kimi təhriklərini davam etdirsə, Türkiyə razılaşmanın ona verdiyi hüquqlardan yararlanacaq. Bu, beynəlxalq hüquqla da tənzimlənən bir məsələdir. Odur ki, generalımız tamamilə haqlıdır”.
Y.Onayın sözlərinə görə, düşmənin “özünə gəlməyinə” imkan vermək olmaz:
“Ermənistan hələ “ağıllı dövlət” olmağa qərar verməyib. Başları çox qarışıqdır. İqtidar məğlubiyyəti xalqa etiraf edə bilmir. Lakin Ermənistanda “silahlı qüvvələr” deyilən bir strukturun qalmadığı da dəqiqdir.
İnsanlar döyüşlərə getmək istəmir. Ona görə də yeni müharibənin dərhal başlayacağını düşünmürəm. Fəqət bir müddət sonra “yaralarını sara” bilsələr və lazımi dəstəyi alsalar, heç tərəddüdsüz yenidən əllərinə silah alacaqlar.
Həmin müddətədək Azərbaycan hərb meydanında qazandığı zəfəri diplomatiyada da təsdiqləməli və qarşı tərəfin müharibə cinayətkarı olduğunu ən yaxın vaxtda beynəlxalq ictimaiyyətə göstərməlidir. Beləliklə, Ermənistanın üzərində diplomatik təzyiq yaranacaq və hərbi əməliyyatları bərpa etmək ağıllarından da keçməyəcək.
Çünki əllərində əsas olmayacaq. Qarabağda rus sülhməramlıları indi ancaq orada ermənilərin mövcudluğunu qorumaqla məşğuldurlar. Belə bir şəraitdə gecikmək olmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
18:49 06.05.2026
Gündəm
Abşeronda 19 yaşlı oğlan öldürülüb, saxlanılan var
18:41 06.05.2026
Hadisə
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:28 06.05.2026
Gündəm