Siyasi partiyalara maliyyə dəstəyi ! – “Şərait yaradılır, amma... ”
Fidan Həmişəyeva
14:19 25.12.2020
Siyasət
759
“...Ümid edirəm ki, bundan sonra atılan addımlar yalnız maliyyə sahəsində deyil, digər sahələrdə də olacaq”
“Nəhayət Azərbaycanda normal siyasi fəaliyyət üçün imkanlar yaradılacaq”
Bu gün Milli Məclis komitələrinin birgə iclası keçirilib. İclasda “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə” məsələ ikinci oxunuşda müzakirəyə çıxarılıb. Parlament sədrinin müavini Fəzail İbrahimli bildirib ki, qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında geniş müzakirə olundu, siyasi partiyalar haqqında fikir və mülahizələr irəli sürüldü.
F.İbrahimli qeyd edib ki, hazırda humanist bir qanun layihəsi bizim müzakirəmizə verilib:
“Layihəyə görə, 17-1-ci maddəyə edilən dəyişiklik yeni çağırış Milli Məclisə keçirilmiş seçkilərdə mandat qazanaraq parlamentdə təmsil olunan və yeni qeydiyyatdan keçən partiyaların maliyyə problemlərinin həllinə dəstək verəcək. Yeni qanunda vəsaitin verilmə müddəti müəyyən olunur. Bu qanun dövlət büdcəsindən siyasi partiyalar üçün ayrılmış vəsaitin bölüşdürülməsində tam ədalətli yanaşmanı ortaya qoyur”.
Aparılan müzakirələrin yekununda qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Dəyişikliyə münasibət bildirən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Sherg.az”a açıqlamasında siyasi partiyalara maliyyə dəstəyinin nəzərdə tutulmasını müsbət qiymətləndirib:
“Prezident Aparatında keçirdiyimiz görüşlərdə də söz verildi ki, siyasi partiyalar haqqında olan qanuna, o cümlədən siyasi partiyaların maliyyələşməsi məsələlərinə yenidən baxılacaq.
Bu məsələyə daha geniş konteksdə baxılmağı və Azərbaycanda daxili siyasi münasibətlərin normallaşması üçün atılan addımı müsbət qiymətləndirirəm. İstərdim ki, bu addımlar kompleks şəkildə, sistemli və ardıcıl olsun.
Əlbəttə, Azərbaycanda siyasi partiyaların fəaliyyəti üçün normal şəraitin yaradılması istiqamətində atılan bütün addımlar yaxşıdır. Ümid edirəm ki, bundan sonra atılan addımlar yalnız maliyyə sahəsində deyil, digər sahələrdə də olacaq.
Nəhayət Azərbaycanda normal siyasi fəaliyyət üçün imkanlar yaradılacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos “Liverpul”un sahibi oldu
14:09 15.08.2026
Futbol
Ferran Torres PSJ-də
13:57 15.08.2026
Futbol
PSJ Ferran Torresin transferini rəsmən açıqlayıb
13:49 15.08.2026
Futbol
Xaçmazda iki ata övladını bıçaqladı
12:46 15.08.2026
Hadisə
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı
12:07 15.08.2026
Hadisə
Qarabağla Rumıniyanın Maramureş regionu əməkdaşlıq edəcək
11:47 15.08.2026
Gündəm
Türkiyədə təyinat və rütbə dəyişiklikləri açıqlanıb
11:11 15.08.2026
Region
İran ABŞ ilə yenidən danışıqlara başlamaq barədə qərar verməyib
10:57 15.08.2026
Dünya
Pekin-Mançester reysi Krasnoyarskda məcburi eniş edib
10:49 15.08.2026
Hadisə
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
10:38 15.08.2026
Hadisə
İspaniyada Qranada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib
10:36 15.08.2026
Hadisə
“28 May”da vəziyyət necədir? – FOTOLAR
10:34 15.08.2026
İnfrastruktur
İlon Maskın atası Zelenskini Ukraynanın prezidenti hesab etmir
10:32 15.08.2026
Gündəm
Kanada İranın 5 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edib
10:19 15.08.2026
Dünya
FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi
10:12 15.08.2026
Cəmiyyət