Siyasi sistemimiz dəyişir, inkişaf edir
Yusif Nəzərli
07:30 28.10.2022
Siyasət
453
Hikmət Babaoğlu: "Siyasi partiyalar haqqında qanunun müzakirəsi demokratiya tariximizdə yeni bir hadisədir"
"Siyasi Partiyalar" haqqında qanun layihəsinin Milli Məclisdə müzakirə edilməsi demokratiya tariximizdə yeni bir hadisədir". Bunu millət vəkili Hikmət Babaoğlu "Şərq"ə açıqlamasında deyib. Deputat bildirib ki, ilk dəfədir ki, siyasi partiyaların əksəriyyətinin iştirakı ilə belə mühüm kütləvi hadisə baş tutub:
"İndiyədək heç vaxt Azərbaycanın siyasi palitrasının demək olar ki, bütün rənglərinin qatıldığı formatda kütləvi müzakirə olmayıb. Hazırkı siyasi sistemimiz ötən əsrin 90-cı illərində əsası qoyulan və formalaşan sistemdir.
"Siyasi partiyalar" haqqında mövcud qanunumuz da 1992-ci ildə qəbul edilib. İndiki mərhələdə kordinal şəkildə dəyişən şərtlər var. Bu, istər siyasi sistemimizi təyin edən, istərsə də demokratiyamızın inkişafının hazırkı vəziyyəti ilə bağlı olan faktorlarla əlaqədərdır. Məsələn, müstəqilliyimizin ilk illərində siyasi mübarizə siyasi rəqabət və siyasi münasibətlər sistemimiz ərazi bütövlüyümüz və keçmiş Qarabağ problemi kontekstində formalaşırdı.
Bu faktorlar daima sosial-siyasi münasibətlərimizi təzyiq altında saxlayır, demokratik inkişafımızın obyektiv əsaslarda formalaşmasına təsir edirdi. Hazırda isə həm ölkəmizdə həyata keçirilən dərin siyasi islahatlar, həm də Vətən müharibəsindən sonra əldə etdiyimiz tarixi qələbəmiz kontekstində siyasi münasibətlər sitemimizin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması zərurəti yaranıb".
Parlament üzvü vurğulayıb ki, qanun layihəsi yeni hüquqi əsaslarda, daha demokratik qanunlarla tənzimlənməlidir:
"Müzakirələr zamanı bəlli oldu ki, qanun layihəsinə 47 siyasi partiyadan 250-dən çox təklif daxil olub. Eyni zamanda 11 parlament partiyasının təşəbbüsü və Milli Məclis sədrinin dəstəyi ilə yeni qanun layihəsi ərsəyə gəlib. Bu isə o deməkdir ki, qanun layihəsinin həmmüəllifləri 47 siyasi partiya, yaxud onların təmsilçiləridir.
Ona görə də "Siyasi partiyalar" haqqında qanun layihəsi növbəti müzakirələrdə daha da cilalanmaqla, təkmilləşməklə siyasi sistemimizin inkişafına səbəb olacaq qanuna çevriləcək. Bu isə bütün siyasi sistemimizin uğuru kimi qiymətləndirilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm