SN: İdeal evlilik yaşı 25-30 yaş aralığındadır
11:54 14.05.2025
Siyasət
315
“Tənhalıq insana xas bir xüsusiyyət deyil. Bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməlidir”.
Teleqraf xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda nazirliyin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının Baş həkimi Leyla Bəşirova açıqlayıb.
Onun sözlərinə görə, həyatda ən mühüm qərarlardan biri ailə qurmaqdır və düzgün seçim ən əhəmiyyətli şərtdir:
“Hər şeyin bir vaxtı olduğu kimi, evlənməyin də öz vaxtı var. Lakin sırf evlilik yaşı gəlib deyə uyğun olmayan biri ilə ailə qurmaqda düzgün fikir deyil. Yaş ötdükdən sonra ailə quranların bir-birinə uyğunlaşması çətin olur. Çünki yaş artdıqca artıq şəxsiyyət formalaşır, xasiyyətlər möhkəmlənir, xarakter və fikirləri dəyişmək çətin olur. Evlənməyə qərar verən şəxs bunun nə qədər məsuliyyətli olduğunu dərk etməli və özünü buna tam hazır hesab etdiyi, seçiminin düzgün olduğundan tam əmin olduğu zaman bu addımı atmalıdır”.
L.Bəşirova qeyd edib ki, son araşdırmalara görə ideal evlilik yaşı 25-30 yaş arasıdır:
“Lakin bu yaş nisbidir. Əlbəttə ki, zamanında evliliyin üstünlükləri yetərincədir, amma orta yaşlarda da evlənib xoşbəxt olanlar az deyil. Sonda deyə bilərəm ki, hansı yaşda ailə qurmağınızdan asılı olmayaraq əsas odur ki, o ailə xoşbəxt və möhkəm olsun, cütlüklər bir-birilərinə qarşı anlayışlı və hörmət ilə yanaşsınlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalyan: Artıq müharibədən söhbət getmir
17:31 23.03.2026
Cənubi Qafqaz
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət