
Sona Əliyeva: Ronen Krausun milli geyimdə ölkəmizə təşrif buyurmasının üç səbəbi var
12:26 30.07.2025
Siyasət
411
İsrailin Azərbaycandakı yeni səfiri Ronen Kraus Bakıya gəlib.
Bu barədə İsrailin Bakıdakı səfirliyi paylaşım edib.
Paylaşımda İsrail diplomatının Azərbaycana gəlişinin videogörüntüləri yer alıb. Videoda səfir hamını Azərbaycan dilində salamlayır. Həmçinin Ronen Krausun Azərbaycan milli geyimindəki görüntüləri maraqla qarşılanıb.
Qeyd edək ki, ötən gün Krausun öz etimadnaməsini əvvəl Xarici İşlər Nazirliyinə, sonra isə Prezident İlham Əliyevə təqdim edəcəyi bildirilmişdi. Daha sonra, o, Quba rayonunda yəhudilərin yaşadığı Qırmızı qəsəbəyə səfər edəcək.
Xatırladaq ki, 2025-ci il yanvarın 12-də İsrail Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin direktoru Ronen Kraus Azərbaycana yeni səfir təyin edilib. R.Kraus Azərbaycandakı səfir vəzifəsində Corc Diki əvəz edib.
Sabiq millət vəkili Sona Əliyeva Sherg.az-a bildirib ki, hazırda İsraillə Azərbaycan arasındakı əlaqələr bu ölkənin qonşu İranla və müttəfiqimiz Türkiyə arasındakı gərginliklərə baxmayaraq, sürətlə inkişaf edir:

"İsrail və Suriya arasındakı gərginlik zamanı Azərbaycan vasitəçi və ev sahibi qismində çıxış etmişdi. Hətta Türkiyə İsrail gərginliyi zamanı Bakı vasitəçi olmuşdu. Üstəlik, indi Tel-Əvivlə Bakı arasında İbrahim sazişlərinin imzalanması gözlənilir. Doğrudur, Azərbaycan buna tələsmir. Çünki İran və Türkiyə ilə İsrailin münasibətlərinin müsbət irəliləyişini gözləyir. İsrailin Bakıya göndərdiyi yeni diplomatik elçinin Azərbaycan milli geyimində ölkəmizə təşrif buyurmasının üç səbəbi var. Birincisi, İsrail Türkiyə ilə arasındakı gərginliyə vasitəçi olduğuna görə Azərbaycana təşəkkür edir. İkincisi, Suriya düyünün tamamilə çözülməsi üçün Bakıdan Ankara ilə danışıb müsbət nəticə əldə etməsinə eyham vurur. Üçüncüsü, İbrahim sazişlərinin imzalanması üçün milli geyimi geyərək yəhudi-islam dialoqu və sülh mesajı verir. Ümid edirik ki, qarşıdakı dövrdə Azərbaycanın maraqlarından kənarda hər hansı hadisə baş verməyəcək və ölkəmiz regionun barış ocağı kimi qalmağa davam edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur