
SSRİ-nin bərpa olunacağı barədə iddialar: xam xəyallar - RƏY
21:09 23.07.2024
Siyasət
527
Putin realistdir, ağıllı liderdir O, xam xəyallarla yaşamır Putin çox yaxşı dərk edir ki, yeni geopolitik reallıqlar şəraitində SSRİ kimi bir dövlət qurmaq, eyni siyasi statusda və ideoloji məzmunda bərpa etmək alınmayacaq
Britaniyanın keçmiş Baş naziri Boris Conson Rusiyanın Ukrayna ilə kifayətlənməyəcəyini deyib. Baş nazir “Deyli Meyl”ə göndərdiyi yazıda qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin SSRİ-ni bərpa etmək niyyətindədir: “Putin qalib gəlsə, təkcə Gürcüstana yox, Rusiyanın bütün yaxın ətrafına güzəştə getməyəcək. Xəritəyə baxın, Rusiya prezidentinin dediyi dəhşətli sözləri eşidin. Onun Polşa tarixi və Dünya müharibəsinin başlanma səbəbi ilə bağlı dediklərini dinləyin. Putin aydın şəkildə deyib ki, SSRİ-nin çöküşü XX əsrin ən böyük fəlakətidir və onu bərpa etmək lazımdır. Ona təkcə Gürcüstan yox, Rusiyanın bütün yaxın ətrafı lazım olacaq”.
Politoloq Əlisahib Hüseynov isə “Sherg.az"a açıqlamasında deyib ki, SSRİ-nin bərpa olunacağı barədə iddialar qeyri-ciddi yanaşmadır. Rusiya buna nail ola bilməyəcək:

“Bir həqiqəti birdəfəlik qəbul etmək, yadda saxlamaq lazımdır ki, SSRİ-ni bərpa etmək boş xəyaldan başqa bir şey deyil və bu proses bundan sonra heç vaxt baş tutmayacaq. Bəli, Putin indiyə qədər dəfələrlə SSRİ-nin dağılmasının "böyük səhv" və "geopolitik fəlakət" olması ilə bağlı fikirlər səsləndirib. Eyni zamanda SSRİ kimi güclü, böyük bir dövlət qurmaq arzusunu heç vaxt gizlətməyib. Lakin buna baxmayaraq, Kremlin indiki rəhbəri kifayət qədər realist siyasətçidir. O özü də bu arzunun reallaşmasının mümkünsüz olduğunu bilir. SSRİ-nin bərpası fərq etməz, ya siyasi, ya da hərbi güc yolu ilə mümkün deyil. Bu qanlı imperiya artıq tarixin toz basmış arxivinə çevrilib. Dünya düzəni də ictimai-iqtisadi formasiyada tamam fərqli yöndə inkişaf edir. SSRİ-dən ayrılmış keçmiş müttəfiq respublikalar da öz gələcəyini və yolunu seçib. Tarixin təkərini heç kəs geri fırlada bilməz. Rusiya Ukrayna bataqlığından 2 ildən çoxdur ki, çıxa bilmir. Görün geridə neçə Ukrayna var”.
Politoloqun sözlərinə görə, Putin çox yaxşı dərk edir ki, yeni geopolitik reallıqlar şəraitində SSRİ kimi bir dövlət qurmaq, eyni siyasi statusda və ideoloji məzmunda bərpa etmək alınmayacaq: “Yenə deyirəm, Putin realistdir, ağıllı liderdir. O, xam xəyallarla yaşamır. Yel dəyirmanı ilə savaşan Don Kixot rolunda da görünməyə hazırlaşmır. Əgər son 20 ildə sadəcə iki dövləti - Rusiya ilə Belarusu “İttifaq dövləti” halında birləşdirmək heç cür baş tutmayıbsa, demək ki, digər postsovet ölkələrini də bir araya gətirmək mümkün olmayacaq. Əlbəttə, MDB və ya Gömrük İttifaqı kimi birliklər çərçivəsində inteqrasiya proseslərini bir qədər də gücləndirmək, intensivləşdirmək olar. Lakin bütün bunlar heç bir halda SSRİ-nin yenidən "dirildilməsi", restavrasiya olunması kimi anlaşılmamalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət