Stoltenberq: “Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi həlledici məqama qədəm qoyur”
Stoltenberq: “Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi həlledici məqama qədəm qoyur”
Yusif Nəzərli
14:32 26.10.2022
Siyasət
479
NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, Rusiya Ukraynanı “çirkli bomba” istifadə etməkdə günahlandırır və bu bəhanədən istifadə edərək Ukraynada eskalasiyanı genişləndirmək niyyətindədir.
Alyans rəhbərinin bu açıqlaması NATO-nun rəsmi saytında dərc edilib.
“NATO müttəfiqləri bu saxta ittihamı rədd edirlər. Rusiya tez-tez başqalarını günahlandırır. Biz Suriyadan tutmuş Ukraynayadək bu tendensiyanın şahidi oluruq. Rəsmi Moskva durumu daha da gərginləşdirməmək üçün belə bəhanələrdən əl çəkməlidir. Dünya Rusiyanın etdiklərini çox diqqətlə izləyir”, - deyə Y.Stoltenberq vurğulayıb.
Stoltenberq söyləyib ki, Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi həlledici məqama qədəm qoyur:
“Prezident Putin döyüş meydanındakı uğursuzluqlarına artan aqressiya, dinc əhaliyə və mülki enerji infrastrukturuna zərbələr, yaşayış məntəqələrinə pilotsuz təyyarələr və raket hücumları ilə cavab verib”.
Baş katib xatırladıb ki, son bir neçə gündə İranın Ukraynaya qarşı müharibədə Rusiyaya hərbi dəstək verdiyi məlum olub.
NATO rəhbəri belə bir vəziyyəti qəbuledilməz adlandırıb:
“Heç bir ölkə bu cinayətkar müharibədə təcavüzkara kömək etməməlidir. Mən müttəfiqlərin və Avropa İttifaqının rəsmi Tehrana qarşı sərt sanksiyalar tətbiq etməsi faktını alqışlayıram”.
Mənbə: Ukrinform
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2618-ə çatıb
19:49 01.05.2026
Rəsmi
Milli Yaşıl Taksonomiya təsdiq edilib
19:31 01.05.2026
İqtisadiyyat
Makron III Karlın Trampla bağlı zarafatına reaksiya verib
19:23 01.05.2026
Dünya
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya