
Sülh müqaviləsinin bütün bəndləri razılaşdırılıb -RƏY
Yusif Nəzərli
05:00 07.11.2024
Siyasət
498
Bir məsələ qalır
Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı məsələ sülh müqaviləsinin vacib şərtlərindən biridir
Azərbaycan Ermənistanın sülh sazişi layihəsi ilə bağlı təkliflərinə cavab verib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan bildirib. O qeyd edib ki, Azərbaycan sülh sazişi üzrə cavab təkliflərini (11-ci təkliflər paketi) Ermənistana göndərib. Xatırladaq ki, ötən gün Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan bildirmişdi ki, İrəvan Bakıya sülh müqaviləsinin mətninin tam olaraq razılaşdırılmasını özündə ehtiva edən təkliflər paketi göndərib və qarşı tərəfdən cavab gözləyir.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Sherg.az"a deyib ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı məsələ sülh müqaviləsinin vacib şərtlərindən biridir. Siyasi şərhçi bildirib ki, sülh müqaviləsinin indiyədək razılaşdırılmamış bütün bəndləri üzrə razılığa gəlmək imkanını hər iki tərəf rəsmən etiraf edib:

"Ermənistan konstitusiya məhkəməsinin ölkənin İstiqlaliyyət bəyannaməsinin konstitusiyada yer almayan müddəalarının etibarsız sayılmasına dair qərarını bu istiqamətdə ilk addım saymaq olar, amma bu, yetərli deyil. Çünki qərarda 1990-cı ildə qəbul olunmuş İstiqlaliyyət bəyannaməsindən tamamilə imtina yoxdur. Halbuki həmin sənəddə yer almış ərazi iddiasının da aradan qaldırılması mütləqdir. İkincisi, məhkəmə qərarı konstitusiyanın istinad mənbəyini, yəni İstiqlaliyyət Bəyannaməsini gücdən salmaq səlahiyyətində deyil. Yəni Azərbaycanın tələbinin yerinə yetirilməsindən də söhbət getməməlidir".
Ekspert diqqətə çatdırıb ki, indiki durumda Bakının digər maraq və mənafelərinin təmin olunmadığı xüsusi məqam da var:
"Söhbət 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Naxçıvana maneəsiz – heç bir gömrük və sərhəd nəzarəti olmayan yolun təmin edilməsindən gedir. Əlbəttə, Azərbaycan Ermənistanın razılığının olmayacağı, daha konkret desək, ölkənin üçtərəfli bəyanatla üzərinə düşən öhdəliyi yerinə yetirməyəcəyi təqdirdə, sözügedən yolun İran ərazisindən keçməsi üzərində dayanır. Azərbaycan ümumən təminat axtarışındadır və sülh üçün səmimiyyətin başlıca faktor olduğu qənaətindədir. Ermənistan otuz ilə yaxın müddətdə işğalçılıq siyasəti gerçəkləşdirən ölkə olaraq, bir daha buna yol verməyəcəyinə dair həm siyasi, həm də mənəvi öhdəlik götürməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə