
Suriya planı: ABŞ-Türkiyə tandemi bölgədə yeni güc balansı yaradır
Yusif Nəzərli
22:23 14.05.2025
Siyasət
486
Vaşinqtonun Yaxın Şərq xəritəsi dəyişir
Suriyaya qarşı bütün sanksiyaları ləğv edəcəyik. Bunu ABŞ Prezidenti Donald Tramp bildirib. Tramp bildirib ki, ABŞ-Türkiyə-Suriya-Səudiyyə Ərəbistanı arasında keçirilən dördtərəfli görüşdə Suriya ilə münasibətlərin normallaşdırılması müzakirə edilib: “Mən Suriya Prezidenti Əhməd Əş-Şara ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə görüşdüm. Görüşdə Suriya ilə münasibətlərin normallaşdırılmasını müzakirə etdik”.
Tramp deyib ki, ABŞ yeni bir başlanğıc üçün Suriyaya qarşı sanksiyaları ləğv edir: “Suriyaya qarşı bütün sanksiyaları ləğv edəcəyik. Bu, müsbət hal olacaq”. Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanında ABŞ Prezidenti Donald Tramp, vəliəhd Məhəmməd bin Salman və Suriya Prezidenti Əhməd Əş-Şara arasında görüş keçirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşə onlayn qatılıb. Görüşün əsas müzakirə mövzusu Suriya olub. Bu arada “Faynənşl Tayms” məlumat yayıb ki, Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahunun hərəkətlərindən narazı olduğuna görə, bu ölkəni İran və Səudiyyə Ərəbistanı ilə münasibətlərin tənzimlənməsi prosesindən kənarda qoyur. Məlumata görə, Tramp ilk növbədə İsrailin Qəzzada hərbi əməliyyatları bərpa etmək planlarından narazıdır: "Netanyahu üçün ən böyük zərbə ABŞ-nin İranla birbaşa danışıqlara başlaması oldu. Növbəti sırada Səudiyyə Ərəbistanı ilə dinc nüvə enerjisi üzrə razılaşma ola bilər. ABŞ-nin gündəmi xarici siyasətdə qələbələrə və iqtisadiyyatı Yaxın Şərqdə investisiya imkanları ilə təmin etməyə yönəlib".
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, ABŞ prezidenti Yaxın Şərq siyasətini Türkiyə ilə birgə koordinasiya edir. Ekspertin sözlərinə görə, ABŞ prezidentinin Yaxın Şərq turnesi fonunda İsrailə səfər etməməsi B.Netanyahu ilə Qəzza, Suriya və İranla bağlı fikir ayrılıqlarından irəli gəlir:

"Trampın ikitərəfli İranla nüvə danışıqlarını aparması, Suriyada Türkiyənin mövqeyini dəstəkləməsi ABŞ-nin regionda mövqeyinin güclənməsi ilə nəticələnə bilər. Ər-Riyadda Səudiyyənin vəliəhdinin iştirakı və Suriya Prezidenti Əhməd Əş-Şara ilə Trampın görüşü Vaşinqtonun Yaxın Şərq siyasətində yeni mərhələnin başlanğıcıdır. Suriya Yaxın Şərqdə Vaşinqton üçün "düyün" idi. Rusiya və İran Suriyada uzun illər Yaxın Şərqdə ABŞ siyasətini sabotaj ediblər. Bu düyünü Suriyada Ərdoğan kəsdi. Səudiyyədə baş tutan üçtərəfli görüşə Türkiyə prezidenti onlayn şəkildə qoşulub. Təbii ki, Trampın Şara ilə görüşünün təşkili Türkiyə prezidentinin təşəbbüsü ilə baş tutub. Aparılan danışıqlar və Trampın Suriya prezidentinə dəstək verməsi, Netanyahunun Suriya siyasətini fiaskoya uğratdı".
Analitik qeyd edib ki, Suriyada İsrailin hərbi fəaliyyəti və druzlardan istifadəsi nəticəsiz qalacaq:
"Türkiyənin ABŞ ilə razılaşma əldə etməsi Suriyanın bütövlüyünü qorumaqla yanaşı, siyasi hakimiyyətin legitimliyini də tanıtdı. Hazırda Türkiyə və Səudiyyə Ərəbistanın qarşısında duran əsas strateji plan Qəzzada atəşkəsin əldə edilməsi və Fələstin dövlətinin tanınmasıdır. Tramp Fələstin dövlətini tanıyacağını səfər öncəsi elan etmişdi. Görünür, Tramp bu kontekstdə Türkiyə və Səudiyyə Ərəbistanı ilə danışıqlar aparıb. Hər iki ölkə Yaxın Şərqdə sabitliyin təmini və Trampın beynəlxalq reytinqinin yüksəlməsi və Nobel sülh nominasiyasına təqdim edilməsi üçün Fələstinin tanınmasının zərurətini ona inandırıblar. Yaxın Şərqin siyasi nizamının formalaşmasını Tramp Ərdoğanla birgə həyata keçirir. PKK-nın tərksilah olunması da proseslərin tərkib hissəsidir".
Xəbər lenti
Hamısına bax
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
19:26 03.07.2026
Futbol
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya
Tramp NATO sammiti üçün Ankaraya min nəfərlik heyətlə gəlir
18:47 03.07.2026
Gündəm
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
18:42 03.07.2026
Dünya
Əli Tekin Atalar vəfat etdi
18:26 03.07.2026
Mədəniyyət
DÇ-2026 qaydaları Türkiyədə də tətbiq olunacaq
18:24 03.07.2026
Futbol
Tbilisi ABŞ konqresmeninin açıqlamasına sərt reaksiya verdi
18:18 03.07.2026
Dünya
İran Yaponiyaya neft satışına başlayır
18:12 03.07.2026
Dünya
Bakı-Tiblis-Qars dəmiryolu Çinə qədər uzanacaq?
17:55 03.07.2026
Aktual
Almaniya Kansleri Trampa cavab verib
17:42 03.07.2026
Dünya
Ursula fon der Lyayenin mesajı yeni reallığı ortaya qoydu - ŞƏRH
17:41 03.07.2026
Gündəm
Uşaq bağçalarında qida normaları təcili yenilənməlidir
17:20 03.07.2026
Cəmiyyət
Xalqın dəstəyi İlham Əliyevin əsas siyasi gücüdür - Əkbər Qoşalı
17:16 03.07.2026
Gündəm