Taktikadır, hədəfi özündən yayındırır
Yusif Nəzərli
08:14 02.10.2021
Siyasət
759
Qurtuluş üçün Paşinyan onunla çiyin-çiyinə olmuş adamların hamısını həbs etdirəcək
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbs olunub. Bu barədə Ermənistan mətbuatı xəbər verir. Məhkəmə keçmiş nazirin iki ay həbsi barədə qərar çıxarıb. Tonoyanın vəkili onun təqsirsiz olduğunu qeyd edib. Qərarla bağlı apelyasiya şikayəti veriləcək. Məlumata görə, David Tonoyan və David Qalstyan Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən 2011-ci ildə keyfiyyətsiz silah tədarükü ilə bağlı açılan cinayət işi çərçivəsində saxlanılıb. Ötən gün mətbuatda Tonoyanın mənzilində axtarış aparıldığı, bundan sonra keçmiş nazirin həbs oluna biləcəyi barədə məlumatlar yayılmışdı.
Paralel olaraq keçmiş aviasiya rəisi Avetik Muradyan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın mənzillərində axtarışlar aparılıb. Ölkə Prezidenti Armen Sarkisyanın sərəncamı ilə David Tonoyan 2020-ci il noyabrın 20-də Ermənistanın müdafiə naziri vəzifəsindən azad edilib.
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın həbs olunmasıyla Nikol Paşinyan öz üzərindən diqqəti yayındırmağa çalışır. Politoloq hesab edir ki, sabiq müdafiə nazirinin həbs olunması birbaşa Paşinyanın sifarişi ilə həyata keçirilib:
"Vətən müharibəsindəki birabırçı məğlubiyyətdən və kapitulyasiya aktından sonra Nikol Paşinyan bu addımı ilə özündən diqqəti yayındırmağa çalışır. Çünki əgər Ermənistana yararsız silahlar alınıbsa, Ermənistanın konstitusiya quruluşuna görə bu məsələdə ilk növbədə günahkar ali baş komandan hesab olunan baş nazirdir. Nəzərə alaq ki, Ermənistanda müdafiə naziri də baş nazirin sərəncamı ilə təyin olunur. Bu baxımdan da hesab edirəm ki, David Tonoyanın həbs olunması birbaşa Paşinyanın sifarişi ilə həyata keçirilib. Ermənistanda hökm sürən ictimai, siyasi, sosial, iqtisadi xaos mühitində fikirləri yayındırmaq və ümumiyyətlə, ölkə daxilindəki problemlərdən qurtuluş üçün Nikol Paşinyan Vətən müharibəsi dövründə onunla çiyin-çiyinə olmuş adamların hamısını həbs etdirəcək. Bununla bağlı artıq müxtəlif cinayət təqibləri də var. Hazırda Ermənistanda hüquq-mühafizə orqanları Paşinyanın siyasi diktatura alətinə çevrilmiş vəziyyətdədir. Düşünürəm ki, bu proses Ermənistan hakimiyyəti daxilindəki ikitirəliyi və xaosu daha da gücləndirəcək".
Aynurə Pənahqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm