Tapşırıq Kremlindir
Yusif Nəzərli
07:30 27.10.2022
Siyasət
384
Rusiyanın televiziya kanallarında, çap və onlayn mediada anti-Azərbaycan qüvvələrə həvəslə yer verilir
"Rusiya avtoritar idarəetmə üsuluna sahib bir dövlətdir. Orada ən yuxarıda duran şəxsin xəbəri və izni olmadan təxribatçı davranışların sərgilənməsi qeyri-mümkündür"
"Rusiya həmişə Azərbaycanla bağlı çirkin informasiya təbliğatını rahat şəkildə, gen-bol tirajlayıb. Həm də bunu dövlət mediası vasitəsi ilə həyata keçirir". Bu sözləri "Şərq"ə Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib. Tanınmış jurnalist bildirib ki, televiziya kanallarında, çap və onlayn mediada anti-Azərbaycan qüvvələrə həvəslə yer verilir: "Əlbəttə, bunların heç biri təsadüf deyil. Rusiya dövləti icazə verməzsə, göstəriş və tapşırıq olmazsa, belə verilişlər efirə getməz. Bu davranışlar birbaşa Kremldən qaynaqlanır.
Yəni Rusiya dövlətinin rəsmi siyasətidir. Çox vaxt bizdə yanlış olaraq düşünürlər ki, qarayaxma təbliğatının arxasında erməni diasporası dayanır. Bu iddia inkişaf etmiş, demokratik Qərb dövlətlərində keçərli ola bilər. Həmin ölkələrdə istənilən maraq qrupları özlərinə uyğun təbliğat qururlar. Amma Rusiyada vəziyyət başqadır. Rusiya avtoritar idarəetmə üsuluna sahib bir dövlətdir. Orada ən yuxarıda duran şəxsin xəbəri və izni olmadan təxribatçı davranışların sərgilənməsi qeyri-mümkündür.
Rusiyada baş verənlərdə erməni izi var, lakin erməni izi Rusiyanın özünü arxa plana atması, gizlənməsi üçün vasitədir. Kreml rəhbərinin birbaşa icazəsi olmadan strateji tərəfdaş sayılan Azərbaycana qarşı hörmətsizlik mümkün deyil. Rusiya və Azərbaycan arasında bir çox ikitərəfli sənədlər imzalanıb. Həmin sənədlərə əsasən, iki dövlət qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşmalıdır. Azərbaycan bu sənədlərə sadiqdir. Son belə sənədlərdən biri də informasiya təhlükəsizliyi ilə bağlı idi. Rəsmi Bakı bütün hallarda ortaq sənədlərin ruhuna uyğun davranır. Əfsuslar olsun ki, Rusiya eyni davranışı sərgiləmir və çirkin təbliğata yol verir".
A.Həsrət vurğulayıb ki, Azərbaycan belə məqamlarda Rusiya ilə mövqeləri daha da dəqiqləşdirməlidir:
"Rusiyanın Azərbaycanda bu və ya digər formada təsir imkanlarını qoruyub saxlayan bağları kəsməliyik. Rus məktəbləri üçün yaradılmış şəraitə, rus dilinin gen-bol istifadəsinə yenidən baxılmalıdır. Çünki Rusiya bizim bu münasibətimizə layiq deyil, tərəfdaşlığa sadiq deyil.
Moskva imza atdığı sənədlərə sədaqət nümayiş etdirmir. Rəsmi Bakı öz siyasətini buna uyğun qurmalıdır. Eyni zamanda xüsusi vurğulamaq istəyirəm ki, kabel yayımçılarının paketlərindən rus kanalları bütünlüklə çıxarılmalıdır. Təsəvvür edin, həmin kanallarda bizə qarşı çirkin təbliğat aparılır, ölkəmizdəki kabel yayımçıları o televiziya kanallarını Azərbaycan izləyicisinə pulla satırlar.
Rusiyanın çirkin təbliğatı evlərimizin içinə soxulur. Buna yol verilməməlidir. Niyə həmin paketlərdə Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin kanalları yoxdur? Paketlərə bunları əlavə etmək lazımdır. Rusiya elə davranırsa, biz də belə davranmalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2618-ə çatıb
19:49 01.05.2026
Rəsmi
Milli Yaşıl Taksonomiya təsdiq edilib
19:31 01.05.2026
İqtisadiyyat
Makron III Karlın Trampla bağlı zarafatına reaksiya verib
19:23 01.05.2026
Dünya
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya