Terrorçu və şizofrenik dövlətə pulsuz-parasız silah ötürürlər
Turan
07:51 20.10.2020
Siyasət
793
Dinc əhaliyə qarşı vəhşiliyin məsuliyyətini işğalçıya havadarlıq edənlər də daşıyır
Cəbhə xəttində qəhrəman Azərbaycan Ordusunun qarşısından qaçan Ermənistanın silahlı quldurları namərdcəsinə və qorxaqcasına mülki yaşayış yerlərini raket atəşinə tutur. Öz ağlınca Qarabağda üzləşdiyi acı məğlubiyyətin əvəzini çıxmağa çalışan düşmən qüvvələri mütəmadi olaraq Tərtər, Goranboy, Ağcabədi, Beyləqan, Bərdə və Gəncə şəhərlərinə raket atırlar.
Halbuki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün Dağlıq Qarabağda əlisilahlı ermənilərə, terrorçulara qarşı döyüşür və yeganə şərtimiz odur ki, Ermənistan işğal etdiyi torpaqları boşaltsın. Ancaq təcavüzkar ermənilər çirkin məqsədlərinə çatmaq üçün hər cür alçaqlığı özlərinə rəva bilirlər. Məqsəd ondan ibarətdir ki, əhali arasında təşviş yaransın və insanlar həmin rayonları tərk etsinlər.
Ermənistanın digər məqsədi isə ondan ibarətdir ki, Azərbaycan Ermənistan ərazisini atəşə tutsun və onlar da bundan istifadə edərək müəyyən “uğurlara” nail olsunlar.
Beynəlxalq qurumlar münaqişəyə cəlb edilsin və xarici dövlətlərə nümayiş etdirsin ki, guya Azərbaycan müharibəni Ermənistan ərazisində aparır. Lakin Gəncənin ikinci dəfə vurulması və qətl edilənlər arasında iki yaşlı günahsız körpənin olması beynəlxalq ictimaiyyəti də vicdana gətirməlidir, dünya gücləri işğalçı və vəhşi qatillərin yanında yer almamalıdır.
Düşmənin israrla mülki şəxslərimizi hədəf alması ilə bağlı “Şərq”ə danışan Tərtərin millət vəkili Sahib Alıyev deyib ki, bu gün Azərbaycan şəhərlərinə, o cümlədən Gəncəyə raket atanlar, 100 il bundan öncə həmən Gəncədən deputat seçilən, Azərbaycan Xalq Cümhuriyyətinin nazirlər şurasının ilk sədri Fətəli xan Xoyskini, əslən gəncəli Həsən bəy Ağayevi qətlə yetirən terrorçu Aram Erkanyanın və Misak Qriqoryanın törəmələridir. Deputatın sözlərinə görə, eyni zamanda Tərtəri artilleriya atəşinə tutaraq sentyabrın 27-dən üzü bəri 14 mülki insanımızı həlak edən, 54 nəfəri yaralayanlar da, 1921-ci ildə həmən Tərtərin yetirməsi AXC-nin daxili işlər naziri olmuş Behbud xan Cavanşiri İstanbulda öldürən terrorçu Misak Torlakyanın genini daşıyanlardır:
“Terror ermənilərin xislətindədir. Sadəcə təəssüf doğuran odur ki, türk diplomatlarına, iş adamlarına qarşı terror aktları törədən hayları məhkəmə salonlarından buraxdıranlar indi də eyni siyasəti davam etdirirlər.
Sizcə, əgər biri şizofrenikdirsə, içində ancaq nifrət gəzdirirsə, hər cür təhlükəli hərəkətlərə meyillidirsə, ona silah vermək olarmı?
Təbii ki, yox. Onda bəs necə olur ki, hələ dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər, yeritdiyi işğalçılıq siyasətinə göz yummaq bir yana qalsın, Ermənistan kimi terrorçu və şizofrenik bir dövlətə pulsuz-parasız böyük dağıdıcı gücü olan silah-sursat ötürülür?
Ona görə də hayların Azərbaycanın dinc əhalisinə qarşı törətdikləri vəhşiliklərin bütün məsuliyyətini təkcə işğalçı, terrorçu, şizofrenik Ermənistan deyil, həm də ona havadarlıq edənlər daşıyır. Bu, əgər varsa, onların da vicdanında qara bir ləkə kimi qalacaq.
Azərbaycana gəldikdə isə ordumuz bu vəhşiliyin cavabını yeni-yeni torpaqlarımızı azad etməklə, döyüş meydanında düşmənə sarsıdıcı zərbələr endirməklə verir və verəcək!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm