Tramp Bakını seçəcək - "Stratfor" kəşfiyyat mərkəzi
Yusif Nəzərli
17:44 06.01.2025
Siyasət
529
Ermənistan və Azərbaycan sülh danışıqlarında öz mövqelərini möhkəmləndirmək məqsədilə xaricdən dəstək axtardıqları üçün Cənubi Qafqaz geosiyasi təsir uğrunda döyüş meydanı olaraq qalacaq.
Axar.az xəbər verir ki, belə bir iddia ilə ABŞ-ın “Stratfor” kəşfiyyat-analitik mərkəzi çıxış edib.
“Ermənistan və Azərbaycan, çox güman ki, sülh sazişinə doğru irəliləməyə davam edəcəklər, lakin Ermənistanda konstitusiya dəyişiklikləri, sərhədlərin tam demarkasiyası və tranzit əlaqələrinin açılması ilə bağlı fikir ayrılıqları ehtimal ki, 2025-ci ildə sülh sazişinin bağlanmasına mane olacaq. Bu məsələlərin bəziləri sonrakı razılaşma üçün təxirə salına bilər, lakin razılıq əldə olunana qədər Bakı danışıqlarda hərbi üstünlüyündən təsir kimi istifadə etdiyinə görə regionda alovlanma potensialı davam edəcək”, - mərkəz bildirib.
“Stratfor” analitikləri ABŞ-nin Ermənistana dəstək verməyəcəyini vurğulayıblar:
“Tramp administrasiyası Rusiya, İran və Çinin regional təsirini tarazlaşdırmaq üçün Bakı ilə güclü münasibətləri prioritet hesab edir, ona görə də Ermənistanın ABŞ-dən güclü dəstək almaq cəhdləri puça çıxacaq. Əvəzində Ermənistan Fransadan gələn hərbi texnikaya arxalanacaq və Avropa Birliyi ilə ticarətin artırılmasına can atacaq. Ermənistan Qərblə artan bu siyasi və müdafiə əlaqələrindən istifadə edərək, sülh danışıqlarında Bakının ən güclü tələbinə, yəni Ermənistanın cənubundan tranzit keçməsinə (Zəngəzur dəhlizi – red.) qarşı çıxmağa çalışacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messidən sonra Argentina millisində 10 nömrə üçün 3 namizəd
19:33 07.10.2026
Futbol
Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
19:29 07.10.2026
Gündəm
Qalibaf: İranın müxalifləri ölkədə zorakılıq yaratmağa çalışır
19:03 07.10.2026
Dünya
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
19:02 07.10.2026
Hadisə
Ceyhun Bayramov: “Orta Dəhlizin beynəlxalq ticarətdə rolu artır”
18:46 07.10.2026
Gündəm
BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib
18:15 07.10.2026
Dünya
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:56 07.10.2026
Dünya
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya