Tramp Putin və Zelenski ilə üçtərəfli görüşə hazırdır

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə iştirak etməyə hazır olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.

O həmçinin qeyd edib ki, indiki mərhələdə Rusiya prezidenti ilə görüşə hazırlıq gedir: “Kaş ki, bu görüş bir neçə ay əvvəl olaydı”.

Tramp Ukraynadakı hərbi obyektlərə endirilən zərbələrdən bir daha narazılığını bildirib: "Baş verənlərdən xoşum gəlmir. Bunu deyəcəm. Şəhərlərə raketlərin atılmasına icazə verməyəcəyik".