Trampdan sərt mövqe gözlənilir - RƏY
Yusif Nəzərli
07:18 30.12.2024
Siyasət
484
Çin Hindistan, Yaponiya, İndoneziya və Vyetnam ilə münasibətlərində taktiki düzəlişlər etmək məcburiyyətində qalacaq
ABŞ Prezidenti Co Bayden və onun gələcək varisi Donald Tramp çərşənbə günü tamamilə ziddiyyətli Milad mesajları veriblər. Bayden "xeyirxahlıq və şəfqət" haqqında qısa, ənənəvi mövsümi mesaj göndərərkən, Tramp Milad mesajlarında yenə ərazi iddialarına işarə edib. Trampın Panama kanalının ələ keçirilməsi, Qrenlandiyanın satın alınması və Kanadanın ilhaqı ilə bağlı mesajları beynəlxalq aləmdə narahatlığı artırıb. Tramp solçulara da maraqlı mesaj göndərib: “Məhkəmə sistemimizə və seçkilərimizə daim mane olmağa çalışan radikal sol çılğınların Milad bayramını təbrik edirəm”.
Politoloq Elxan Şahinoğlu "Şərq"ə deyib ki, Baydenin "bütün amerikalılara" bayram istəklərindən fərqli olaraq, Tramp postlarında ölkə daxilində və xaricində siyasi qütbləşməni gücləndirməyə çalışır. Ekspert xatırladıb ki, Donald Tramp birinci dəfə prezident seçiləndə də rəqiblərini hədələmişdi: "Tramp bu dəfəki Yeni il təbrikində Panama kanalına “xüsusi yer ayırıb”. “Panama kanalını qanunsuz istismar edən Çinin sevimli əsgərlərini təbrik edirəm” cümləsinndə həm Panama dövlətinə, həm də Çinə təhdid yer alıb. Tramp vaxtilə ABŞ-yə məxsus kanalın yanlış olaraq Panama dövlətinə verildiyini bildirib. O bunu Vaşinqtonun böyük yanlışlığı adlandırıb. Çünki Tramp hesab edir ki, Panama dövləti kanaldan istifadə edən ABŞ ticarət gəmilərindən böyük miqdarda gömrük haqqı alır. Tramp cümləsində Çini ona görə xatırladıb ki, Pekin son illərdə Panama dövlətinə böyük yatırımlar həyata keçirib. Çinin Panama kanalının ətrafında ümumi həcmi bir neçə milyard dollarlıq yatırımları var. Bu səbəbdən Pekin Trampın “Panama kanalı Amerikaya məxsus olmalıdır” təhdidinə ciddi yanaşıb".
Analitik vurğulayıb ki, Trampın təhdidi həm Çinin yatırımlarına təhdiddir, həm də kanal üzərindən idxal-ixrac əməliyyatları həyata keçirən Çin məhsullarının qiymət artımına səbəb ola bilər: "Tramp Prezident seçiləndən sonra Çin məhsullarına 60 faizlik gömrük rüsumunun tətbiqinə də hazırlaşır. Pekinin də Trampa mesajı olub: - "Pekin hesab edir ki, Çin-ABŞ iqtisadi və ticarət əməkdaşlığı qarşılıqlı faydalıdır. Heç kim ticarət müharibəsində və ya tarif müharibəsində qalib gəlməyəcək". Bu, Pekinin Trampa xəbərdarlığıdır ki, Ağ Evin yeni sahibi ticarət müharibəsinə başlasa, Çinlə yanaşı ABŞ də zərər görəcək. Trampdan sərt mövqe gözləyən Çin Asiyanın böyük dövlətləri, xüsusən Hindistan, Yaponiya, İndoneziya və Vyetnam ilə münasibətlərində taktiki düzəlişlər etmək məcburiyyətində qalacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Knaysl: Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşırlar
16:27 09.10.2026
Dünya
Fransada tələbə etirazlarının 20-dən çox iştirakçısı həbs olunub
16:23 09.10.2026
Dünya
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
16:04 09.10.2026
Gündəm
Sumqayıtda növbəti səyyar qəbul keçirilib
15:57 09.10.2026
Cəmiyyət
Rza Pəhləvi: İran çökür
15:30 09.10.2026
Gündəm
“Türkmənistan üçün Azərbaycan Qərbə açılan qapıdır” - Azər Həsrət
15:11 09.10.2026
Siyasət
Türkiyədə Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
15:10 09.10.2026
Mədəniyyət
Xəzərin xilası tək bir ölkənin gücü ilə mümkün deyil
14:52 09.10.2026
Aktual
Yunanıstan ABŞ-dən milyardlıq silah alacaq
14:47 09.10.2026
Dünya
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
14:42 09.10.2026
Gündəm
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
14:42 09.10.2026
Gündəm
Azərbaycan-Türkmənistan ittifaqı yeni güc mərkəzi yaradır - TƏHLİL
14:38 09.10.2026
Gündəm
NATO İtaliyada nüvə təlimlərinə başlayacaq
14:16 09.10.2026
Dünya
Cari ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ölüb
13:51 09.10.2026
İnfrastruktur