
Trampın Əl Şaraa ilə görüşü ABŞ siyasətindəki dəyişikliklərdən xəbər verir -Politoloq
10:29 14.05.2025
Siyasət
450
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, Baş nazir Məhəmməd bin Salman və Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında görüş olub. Rəcəb Tayyib Ərdoğan dödtərəfli onlayn görüşdə mühüm açıqlamalar verib.
Bu barədə "Anadolu" Agentliyi məlumat yayıb.
Prezident Ərdoğan Donald Trampın Suriyaya qarşı tətbiq edilən sanksiyaları ləğv etmək qərarını tarixi əhəmiyyətə malik bir addım kimi qiymətləndirib.
O bildirib ki, bu qərar təkcə Suriya üçün deyil, digər ölkələrə də müsbət təsir göstərə və sanksiya siyasətinə yenidən baxılmasına səbəb ola bilər.
Ərdoğan həmçinin vurğulayıb ki, Türkiyə Suriyada terrorla mübarizədə Dəməşqə dəstəyini davam etdirəcək.
Türkiyə lideri ABŞ-nin bu addımının sanksiya tətbiq edən digər ölkələr üçün nümunə olacağına inandığını da sözlərinə əlavə edib.
Politoloq Oqtay Qasımov Sherg.az-a bildirib ki, Donald Trampın Əhməd Əl Şaraa ilə görüşü mühüm hadisədir:

"İlk növbədə görüş öncəsi ABŞ Prezidentinin də qeyd etdiyi kimi Rəcəb Tayyib Ərdoğan və Məhəmməd bin Salmanın da fikirlərini nəzərə alaraq, Suriyaya qarşı sanksiyalar ləğv ediləcək. Suriyanın ayaqda durmasında, təhlükəsizliyinin təminatında və dövlətin bərpasında bunun rolu böyükdür. Trampın Əhməd Əl Şaraa ilə görüşü ABŞ siyasətindəki dəyişikliklərdən xəbər verir. Son dövrlərdə Ağ Evin Yaxın və Orta Şərqə münasibətində İsraillə müqayisədə müsbət addımlarını görməkdəyik. Bu, özünü həm HƏMAS, həm İran, həm də Husilərlə danışıqlarda özünü göstərir. Həmçinin Suriyanın yeni hökuməti ilə də əlaqələr Vaşinqton üçün vacibdir. Sözügedən görüşdə perspektivlər Suriyanın yenidən qurulması haqqında məsələlərə toxunulacaq. Bütün hallarda danışıqlar bu ölkənin təhlükəsizliyinin bərpası üçün önəmli rol oynayacaq. Nəzərə alaq ki, ABŞ ilə münasibətləri müsbət olan, o cümlədən bölgənin iki güclü dövləti - Türkiyə və Səudiyyə Ərəbistanı Suriyanın gələcək inkişafında maraqlıdırlar".
Politoloq əlavə edib ki, bir çox Qərb ölkələrinin nümayəndələri, xüsusilə də İsrail Əhməd Əl Şaraanın keçmişindən dolayı onun hazırkı statusundan narahatdır:
"Trampın Suriyaya səfəri Əhməd Əl Şaraanın beynəlxalq səviyyədə tam tanınması ilə yadda qalacaq. Ümumiyyətlə bu görüş ABŞ-nin Yaxın və Orta Şərqdəki maraqları və Suriyanın yeni hökumətinin legitimliyi baxımından əhəmiyyətlidir".
Xəbər lenti
Hamısına bax
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
19:26 03.07.2026
Futbol
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya
Tramp NATO sammiti üçün Ankaraya min nəfərlik heyətlə gəlir
18:47 03.07.2026
Gündəm
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
18:42 03.07.2026
Dünya
Əli Tekin Atalar vəfat etdi
18:26 03.07.2026
Mədəniyyət
DÇ-2026 qaydaları Türkiyədə də tətbiq olunacaq
18:24 03.07.2026
Futbol
Tbilisi ABŞ konqresmeninin açıqlamasına sərt reaksiya verdi
18:18 03.07.2026
Dünya
İran Yaponiyaya neft satışına başlayır
18:12 03.07.2026
Dünya
Bakı-Tiblis-Qars dəmiryolu Çinə qədər uzanacaq?
17:55 03.07.2026
Aktual
Almaniya Kansleri Trampa cavab verib
17:42 03.07.2026
Dünya
Ursula fon der Lyayenin mesajı yeni reallığı ortaya qoydu - ŞƏRH
17:41 03.07.2026
Gündəm
Uşaq bağçalarında qida normaları təcili yenilənməlidir
17:20 03.07.2026
Cəmiyyət
Xalqın dəstəyi İlham Əliyevin əsas siyasi gücüdür - Əkbər Qoşalı
17:16 03.07.2026
Gündəm