Tural Abbaslı: Rusiya sona qədər öz bəxtini sınayacaq
Yusif Nəzərli
00:09 29.07.2025
Siyasət
442
Baş verənlər Rusiyanın özünü sübut etməsi və yenidən öz hökmranlığını Bakıya qəbul etdirmək cəhdləridir
Rusiya və Azərbaycan münasibətlərində gərginlik davam edir. Ötən ilin dekabrında AZAL-ın təyyarəsinin Qroznıda vurulmasından sonra Azərbaycanla Rusiya arasında münasibətlər gərginləşib. İyunun sonunda Yekaterinburqda azərbaycanlıların Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən amansızlıqla qətlə yetirilməsi, ardınca Bakıda müxtəlif cinayətlərdə şübhəli bilinən Rusiya vətəndaşlarının həbsi iki ölkə arasında münasibətlərin daha da kəskinləşməsinə səbəb olub. Prezident İlham Əliyev III Qlobal Media Forumunda çıxışı zamanı Azərbaycan-Rusiya münasibətlərinə toxunaraq baş verənlər barədə fikirlərini ifadə edib. Dövlət başçısı xüsusilə AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya ərazisində atəşə tutulması faktını xatırladaraq bildirib ki, hadisədən 7 ay keçməsinə baxmayaraq, Rusiya tərəfi bu məsələ ilə bağlı hələ də Azərbaycana rəsmi açıqlama təqdim etməyib: "Biz nə baş verdiyini bilirik və bunu sübutlarla təsdiqləyirik. Rusiya rəsmilərinin də bu hadisədən xəbərdar olduqlarına əminik. Bizim tələbimiz haqlıdır – təyyarəyə hücum edənlər cəzalandırılmalı, qurbanların ailələrinə və AZAL-a təzminat ödənilməlidir". Rusiya tərəfi isə nə qədər qəribə də olsa, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində ilk addımı Azərbaycandan gözləyir. Rəsmi Moskva Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın dili ilə "Sputnik Azərbaycan"ın Bakıda həbs olunan işçilərinin sərbəst buraxılmasını tələb edir. Lakin ikili münasibətlərdə gərginliyi məhz Rusiya tərəfi öz yanlış addımları ilə bu həddə çatdırıb. Buna baxmayaraq, Moskva gərginliyin aradan qalxması istiqamətində praktiki olaraq heç bir addım atmır.
Ağ Partiyanın sədri Tural Abbaslı Sherg.az-a deyib ki, son aylarda Rusiya ilə Azərbaycan arasında "əsəb müharibəsi" gedir. Partiya rəhbəri bildirib ki, Moskva və Bakı arasındakı savaş psixolojidir:
"Düzdür, bu qarşıdurmanın real nəticələri ilə də üzləşirik. Rusiyada yaşayan azərbaycanlılara, iş adamlarına, miqrantlara qarşı təzyiqlər edilir. Hətta uzun illərdir Rusiya vətəndaşı olan Azərbaycan əsilli insanların vətəndaşlığı ləğv olunur. Rusiya Azərbaycandan idxal edilən kənd təsərrüfatı məhsullarına da problemlər yaradır. Azərbaycan da haqlı olaraq güzgü effekti ilə adekvat addımlar atır, tədbirlər görür. Baş verənlər Rusiyanın özünü sübut etməsi və yenidən öz hökmranlığını Bakıya qəbul etdirmək cəhdləridir. Yəni açıq-aşkar basqı və təzyiq siyasətidir. Moskva yaxşı bilirdi ki, Qarabağ kartı əllərindən çıxandan sonra Azərbaycana təzyiq imkanları qalmayacaq. Azərbaycan artıq Qarabağ buxovundan xilas olub və tam sərbəst, müstəqil siyasət yürüdür. Bundan narahatlıq duyan Rusiya Azərbaycana qarşı yeni təzyiq rıçaqları tapmağa, Bakını ram etməyə çalışır. Yəni üzləşdiyimiz təzyiqlərin səbəbi məhz Bakının müstəqil xarici siyasət yürütməsi ilə bağlıdır".
T.Abbaslı Rusiya və Azərbaycan gərginliyinin uzun müddət davam edəcəyini, problemin dərinləşəcəyini düşünmür:
"Lakin Rusiya sona qədər öz bəxtini sınayacaq, təzyiqlərini davam etdirəcək. Moskvanın ilk növbədə azərbaycanlı miqrantları sıxışdırması təsadüfi deyil. Məqsəd ondan ibarətdir ki, azərbaycanlı miqrantların Azərbaycandakı ailələri də hökumətə narazılıq etsinlər, Bakını geri çəkilməyə məcbur qoysunlar və s. Azərbaycan heç kimin qarşısında boyun əymək fikrində deyil. Partiya sədri kimi düşünürəm ki, Azərbaycan iqtidarının Rusiya ilə bağlı siyasəti, yürütdüyü xətt tamamilə doğrudur. Əgər bu gün Rusiyaya qarşı dirənməsək, sabah İran və digər ölkələr də eyni variantlara əl atacaqlar. Ümumən isə hesab edirəm ki, məhz Moskvanın geri addım atması ilə iki ölkə arasında gərginlik səngiyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur