Türkiyə Paşinyanın təyyarəsinə də icazə verməyəcək
Yusif Nəzərli
11:46 09.05.2023
Siyasət
618
Ankara “Nemezis” abidəsinin sökülməsi üçün Ermənistana xəbərdarlıq edib
Türkiyə “Nemezis” abidəsinin sökülməsi üçün rəsmi İrəvana xəbədarlıq edib. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ankara İrəvanla normallaşma prosesində güzəştlər edib. Nazir qeyd edib ki, Ankara bu addımları Azərbaycan-Ermənistan normallaşma prosesinə töhfə göstərmək üçün edib: “Amma onlar səmimi olmadıqlarını bir daha göstərdilər. Bizim Osmanlı paşalarımızı və azərbaycanlı qardaşlarımızı öldürən şəxslərə heykəlin (“Nemezis” - red.) ucaldılmasını qəbul edə bilmərik”.
Nazir əlavə edib ki, heykəl sökülməzsə, bu məsələyə dair Ermənistana qarşı yeni addımlar atılacaq. Çavuşoğlu əlavə edib ki, Ermənistanın səmimi addımlar atmaması bölgədə gərginliyə səbəb olur. O, Azərbaycanla Türkiyənin qonşu Ermənistanla münasibətlərin normallaşması prosesi çərçivəsində səmimi olduqlarını vurğulayıb. Ermənistanın Baş naziri Nikol Paşinyan isə deyib ki, "Nemezis" abidəsi ilə bağlı yanlış qərar verilib və onun həyata keçirilməsi də yanlış olub. Baş nazirin sözlərinə, bu barədə qərarı hökumət yox, şəhər rəhbərliyi verib və onun həyata keçirilməsi düzgün deyil: “Bu qərarı hökumət verməyib və demokratiyanın çatışmazlıqlarından biri odur ki, hökumət və ya hökumət başçısı heç də hər şeyə, hər kəsə nəzarət etmir. Mənim fikrimi bilmək istəyirsinizsə, o zaman hesab edirəm ki, yanlış qərar verilib və bu qərarın icrası da yanlış olub”. Eyni zamanda hökumət başçısı bu hadisənin emosional fonda baş verdiyinə diqqət çəkib. Xatırladaq ki, “Nemezis” Daşnaksütyun Partiyasının keçirdiyi terror aksiyasıdır. Aksiyanın məqsədi qondarma “erməni soyqırımı”nı və Bakıda 1918-ci ilin sentyabrında erməni əhalisinin guya "qırğınını" təşkil etmiş şəxslərdən qisas alınması olub. Əməliyyat çərçivəsində qətlə yetirilən şəxslərin arasında həm Osmanlı imperiyasının, həm də Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş rəhbərləri olub. Əməliyyatın adı, qədim yunan intiqam ilahəsi Nemezidanın adından götürülüb.
Politoloq Turab Rzayev "Şərq"ə bildirib ki, Azərbaycan və Türkiyə dövlət xadimlərini, diplomatlarını qətlə yetirən terrorçuların Ermənistanda "qəhrəman" kimi qəbul olunması, təbliğatının aparılaması yolverilməzdir. Ekspert vurğulayıb ki, yüzillər boyu Zəngəzur, Qarabağ, Bakı, Quba və Şamaxıda, Azərbaycanın digər bölgələrində qətliamlar, soyqırımlar törətmiş erməni terrorçuları Ermənistanda "qəhrəman" elan olunub:
"Təsəvvür edin, soyqırım və terror törədənlərə "qəhrəman" deyirlər. Ermənilər İkinci dünya müharibəsində itkilər versələr də, faşist Njdeyə heykəl qoyublar, faşizmi təbliğ ediblər. Əlbəttə, bunlar qəbuledilməzdir və əfsuslar ki, İrəvan bu addımlardan əl çəkmir. Türkiyə Ermənistanla münasibətləri yumşaltmağa çalışır. Hava məkanını açır, gediş-gəliş yaradır, iqtisadi əməkdaşlığı artırır və s. Mümkün qədər çalışır ki, ilk növbədə Ankara-İrəvan münasibətləri, arxasınca Bakı-İrəvan əlaqələri normallaşsın, daimi sülhə doğru irəliləyiş olsun. Belə məqamda Ermənistanda yaşanan qərəzli hadisələr haqlı olaraq Türkiyə hökumətini hiddətləndirir. Ən əsası isə Ankaranı İrəvanla münasibətlərdə müsbət addımlardan çəkindirir. Türkiyə Ermənistana hava sahəsini bağlamaqla yanaşı, Baş nazir Nikol Paşinyanın təyyarəsinə də icazə verilməyəcəyini açıqlayıb".
Analitik Baş nazir Paşinyanın açıqlamasını da şərh edib: "Ermənistanda şəhər bələdiyyələrinin özlərinə məxsus səlahiyyətləri var, ola bilsin, təlimat birbaşa Paşinyandan gəlməyib. Ancaq baş nazir kimi buna qarşı çıxmaq imkanı olub. Yəqin "Nemezis"lə bağlı təşəbbüsün əleyhinə çıxmağa risk etməyib. Düşünüb ki, onu "Türkiyəni sevməkdə, türklərin tərəfini saxlamaqda" ittiham edərlər. Bəlkə də "Nemezis" terror təşkilatına abidə qoyulmasının bu qədər rezonans doğuracağını fikirləşməyib. Lakin vəziyyətin ciddiləşdiyini gördükdən sonra açıqlama vermək məcburiyyətində qalıb. Böyük ehtimal Ankaranın sərt xəbərdarlığından sonra İrəvan bənzər addımlardan çəkinəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İrana qarşı əvvəlkindən daha böyük hücum planlaşdırıram
20:41 23.07.2026
Dünya
İranın "Türkiyə möhkəm dayandı" mesajının şifrəsi - TƏHLİL
20:26 23.07.2026
Gündəm
Tramp İrana yeni hücumun anonsunu verdi - ANALİZ
20:21 23.07.2026
Gündəm
İran rejimi daxildən dağılma mərhələsinə daxil olub - Analitik
19:43 23.07.2026
Gündəm
Əraqçi Qırğızıstana yollanıb
19:20 23.07.2026
Dünya
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region