Türkiyədə Özgür Özəlin rəhbərliyi ilə yaradılan "YENİ Partiya" parlamentdəki siyasi balansı dəyişib və ölkənin yeni ana müxalifət partiyasına çevrilib.
Sherg.az xəbər verir ki, CHP-dən istefa edən Özgür Özəl və onunla birlikdə partiyanı tərk edən 91 deputat yeni siyasi təşkilatın təsisçiləri olub. Partinin yaradılması ilə bağlı sənədlər Daxili İşlər Nazirliyinə təqdim edildikdən sonra "YENİ Partiya" Ali Məhkəmənin siyasi partiyalar siyahısına daxil edilib.
Beləliklə, 24 il ana müxalifət statusunu qoruyan CHP parlamentdə beşinci siyasi qüvvəyə çevrilib, ana müxalifət missiyası isə "YENİ Partiya"yə keçib. Bu, Türkiyə tarixində seçki keçirilmədən ana müxalifət partiyasının dəyişdiyi ilk hadisə kimi qiymətləndirilir.
Özgür Özəl partiyanın ilk qurultayında yekdilliklə sədr seçilib və bildirib ki, "YENİ Partiya" ilk seçkiyə qədər ana müxalifət kimi fəaliyyət göstərəcək, daha sonra isə hakimiyyət uğrunda mübarizə aparacaq.