Türkiyənin millət vəkili AŞPA-nı ikili standartlardan əl çəkməyə çağırıb
Yusif Nəzərli
11:05 12.04.2025
Siyasət
329
Avropa Şurası Parlament Assambleyası (AŞPA) ikili standartlardan əl çəkməli, cinayət işindən siyasi məqsədlər üçün istifadə etməməlidir.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü Meryem Göka Assambleyanın Strasburqda keçirilən yaz sessiyasının iştirakçıları qarşısında çıxışı zamanı deyib.
Millət vəkili AŞPA üzvlərinin Türkiyədə və digər ölkələrdə, xüsusən də Fransada korrupsiya araşdırmalarına yanaşma fərqliliyini “ikiüzlülük” adlandırıb.
O, İstanbul şəhər bələdiyyəsinin keçmiş başçısı Ekrem İmamoğlunun həbsi ilə bağlı qərar layihəsinin müzakirəsi zamanı deyib: “Türkiyə hüquqi dövlətdir və davam edən məhkəmə prosesi ilə bağlı istənilən qiymətləndirmə hüququn əsas normalarına ziddir: Türkiyədə heç bir siyasi təqib yoxdur”.
Onun sözlərinə görə, dünyanın heç bir demokratik ölkəsi seçkilərə üç il qalmış prezidentliyə namizəd seçmir. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından olan deputat qeyd edib ki, müxalif Cümhuriyyət Partiyasının bu addımı İmamoğlu işini siyasiləşdirmək məqsədi daşıyırdı.
M. Göka sual verib: "Hansı Avropa ölkəsində məhkəmə qərarları ətrafında siyasi isteriya qızışdırılır? Bunun bariz nümunəsi Fransada Milli Birlik Partiyasının parlament fraksiyasının lideri Marin Le Pen haqqında çıxarılan hökmə reaksiyadır. Avropanın heç bir yerində məhkəmənin müstəqilliyi sual altına alınmır, ancaq söhbət Türkiyədən gedən kimi, artıq ittihamlar səslənir, hücumlar səngimir”.
"Biz ikiüzlülük, qərəzli münasibət və "Türkiyədəki vəziyyətlə bağlı narahatlıq" ifadələri ilə üzləşməkdən yorulmuşuq. Ölkəmiz əvvəlki kimi deyil! Ankaranın göstəriş aldığı dövr arxada qaldı", -deyə o vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Medvedev yeni təhlükəsizlik zolağının keçəcəyi əraziləri açıqlayıb
20:40 04.07.2026
Dünya
Ərdoğan: İsrail ABŞ-İran danışıqlarını pozmağa cəhd edir
20:19 04.07.2026
Gündəm
Rusiyada Putinə qarşı açıq etirazlar başladı
19:36 04.07.2026
Dünya
Ankara NATO Zirvəsinə hazırlaşır: Proqram açıqlanıb
19:33 04.07.2026
Gündəm
Pezeşkian şərt qoydu – “Yerinə yetirilməsə, istefa verəcəm”
19:24 04.07.2026
Region
Kişinyovdakı Rus Evi fəaliyyətini dayandırıb
19:11 04.07.2026
Dünya
Müharibənin ayırdığı sevgililər 60 ildən sonra yenidən görüşdü
18:12 04.07.2026
Maraqlı
İsrail mətbuatı: Türklərin sürətinə çatmaq çətindir
17:44 04.07.2026
Gündəm
CHP-nin deputatı Adnan Beker partiyasından istefa verib
17:25 04.07.2026
Siyasət
Ərdoğan Şahbaz Şəriflə görüşüb
17:02 04.07.2026
Gündəm
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
16:45 04.07.2026
Dünya
Rusiyanın açıqlamasına Zelenskidən təkzib: Putin yalan danışır
16:29 04.07.2026
Dünya
Yer kürəsində güclü maqnit qasırğası başladı
15:56 04.07.2026
Maraqlı
Livan Prezidenti Trampdan kömək istədi
15:41 04.07.2026
Dünya