“Tərəflər əsas narazılığı həll etmək üçün Almaniyanın rəhbərlik etdiyi diplomatik səylərə dəstək veriblər. Almaniyanın diplomatik səyləri kəşfiyyat danışıqlarının narazılığına gətirib çıxarıb.
Türkiyənin mövqe ortaya qoyması şərtdir
Turan
06:39 25.09.2020
Siyasət
697
Şərqi Aralıq dənizi uğrunda mübarizə hələ bitməyib
NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Şərqi Aralıq dənizindəki böhranla əlaqədar Türkiyə və Yunanıstan arasında aparılan texniki danışıqlarda müsbət irəliləyiş var. Onun sözlərinə görə, görüşlər davam edir və bunlar texniki hərbi danışıqlardır. Görüşlərin yarısı NATO-nun qərargahında keçirilib. Məqsəd dənizdə və ya havada insident və qəzaların qarşısını almaq məqsədi ilə dekonflikasiya mexanizmi yaratmaqdır. Baş katib iki ölkə arasında kəşfiyyat danışıqlarının başladılmasını da alqışlayıb:
“Tərəflər əsas narazılığı həll etmək üçün Almaniyanın rəhbərlik etdiyi diplomatik səylərə dəstək veriblər. Almaniyanın diplomatik səyləri kəşfiyyat danışıqlarının narazılığına gətirib çıxarıb.
Mən bunu alqışlayıram”. Siyasi ekspertlərin fikrincə, müzakirələrdə qeyd olunan ilkin “yumşalma” hələlik Şərqi Aralıq dənizindəki qarşıdurmanın zəifləməsi anlamına gəlməməlidir. Çünki Ankara ilə problemi olan yeganə Avropa ölkəsi Yunanıstan deyil.
Şərqi Aralıq dənizindəki prosesləri “Şərq”ə təhlil edən politoloq Azər Rəşidoğlu deyib ki, bu dənizdə türklərin və yunanların maraqları toqquşur. Analitikin sözlərinə görə, qarşıdurma sadəcə, Türkiyə ilə Yunanıstan arasında deyil:
“Rusiya, ABŞ, Fransa, İtaliya və bölgədəki digər ölkələr də Aralıq dənizi üzərində iqtisadi, siyasi və hərbi üstünlük əldə etmək istəyirlər. Türkiyə isə öz hüquqlarını qorumağa cəhd edir.
Bu səbəblə Aralıq dənizi Türkiyənin xarici siyasəti və təhlükəsizlik siyasətində getdikcə mərkəz mövqedə yer almağa başlayıb. Türkiyənin strategiyasında Şərqi Aralıq dənizi və Kıbrıs önəmli rol oynayır. Kıbrısın strateji önəmi daha da artıb. Aralıq dənizində təbii qaz ehtiyatlarının kəşfi, Türkiyəni kənarda tutmağa cəhd göstərən yeni ittifaq sisteminin qurulması cəhdi Suriya böhranı, Livan və Fələstin məsələsi nəzərə alınmaqla təhlil edilməlidir.
Şərqi Aralıq dənizində Türkiyə daha əhəmiyyətli olmağa başlayır. Bu vəziyyət Türkiyənin yeni müdafiə və təhlükəsizlik strategiyası hazırlamasını vacib hala gətirir. Türkiyənin gələcək illərdə Şimali Kıbrıs Türk Cümhuriyyətində hərbi donanma bazası qurmağı planlaşdırması, bölgədəki pilotsuz uçuş aparatları qabiliyyətini artırmağa üstünlük verməsi bunun ilk siqnallarından biridir. Lakin bu, Türkiyənin Aralıq dənizindəki maraqlarını qorumaq üçün kifayət etmir”.
A.Rəşidoğlu hesab edir ki, Türkiyənin diplomatik güc qazana bilməsi üçün Şərqi və Mərkəzi Aralıq dənizində mövqe ortaya qoyması əsas şərt kimi görünür:
“Bu dəniz Türkiyənin Şimali Afrika sahil xəttinə istiqamətli siyasətdə mühüm rol oynayacağını müəyyənləşdirir. Liviya ilə imzalanan razılaşma Türkiyənin Aralıq dənizində yeni şəraitə uyğunlaşması, geosiyasi rəqabəti qoruması üçün olduqca vacibdir. Türkiyənin Aralıq dənizində mövcud olması geoiqtisadi rəqabətdə Ankaranı önə çıxarır.
Türkiyə-Yunanıstan rəqabəti daxilində formalaşan və NATO-nun cənub cinahında yeni gərginlik sahəsi yaradan Qərbi Aralıq dənizi alt geosiyasətində isə Türkiyənin mübarizəsi daha çətin keçir. ABŞ-ın bu fəallığı dərinləşdirəcək fəaliyyəti açıq görünür. Amerikanın Yunanıstandakı bəzi bazalarını gücləndirməsi bunun işarəsidir.
Eyni zamanda Cənubi Kıbrıs Rum İdarəsinə silah sanksiyasının ləğv edilməsi də Türkiyənin hərbi gücünü balanslaşdırmaq istiqamətində atılmış addımlardır. Bu baxımdan, Şərqi Aralıq dənizi uğrunda mübarizənin bitdiyini ehtimal etmək mümkün deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm