Türkmənistanda Xəzərin dayazlaşması müzakirə edilib
13:52 06.08.2025
Siyasət
420
BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransı çərçivəsində Xəzəryanı dövlətlərin hökumət rəsmiləri səviyyəsində iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Sherg.az-a verilən xəbərə görə, görüşdə Xəzər dənizinin dayazlaşmasının mənfi təsirlərini azaltmaq üçün birgə fəaliyyətin əsas istiqamətləri müzakirə olunub.
İclasda çıxış edən Baş nazirin müavini Şahin Mustafayev Xəzəryanı dövlətlər arasında ticarət dövriyyəsinin dayanıqlı artım dinamikasını qeyd edərək, bunun həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın dərinləşməsi üçün möhkəm zəmin yaratdığını bildirib.
Baş nazirin müavini cari ilin fevralında Tehranda keçirilmiş III Xəzər İqtisadi Forumunun ticarət və qarşılıqlı investisiya həcmlərinin genişlənməsi, enerji və nəqliyyat-logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Çıxışında ekoloji çağırışlara da toxunub, su səviyyəsinin aşağı düşməsinin bütün regionda narahatlıq doğurduğunu, bu problemin hələ 2022-ci il Aşqabad Sammitində Azərbaycan Prezidenti tərəfindən qaldırıldığını və Bakıda beştərəfli ekspert qrupunun ilk toplantısının təşkilinə hazırlıqların davam etdiyini vurğulayıb.
Əlavə olaraq, tədbirdə Xəzər dənizinin ekosistemində baş verən dəyişikliklərin sosial-iqtisadi və ekoloji aspektləri geniş şəkildə müzakirə olunub. Su səviyyəsindəki dəyişikliklərin sahilyanı ərazilərdəki həyat şəraitinə və regional inkişaf proseslərinə mümkün təsirləri diqqət mərkəzində olub.
Baş nazirin müavini Şahin Mustafayev qeyd edbi ki, səviyyə dəyişikliklərinin mənfi təsirlərinin minimuma endirilməsi üçün elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsi, balıqçılığın, gəmiçiliyin və biomüxtəlifliyin qorunması sahəsində birgə proqramların həyata keçirilməsi zəruridir.
İclas zamanı Xəzər dənizində baş verən dəyişikliklərin öyrənilməsi üçün ümumi standartlar və yanaşmalar formalaşdırmağa imkan verəcək çoxtərəfli qarşılıqlı fəaliyyət mexanizminin işə salınması təşəbbüsü irəli sürülüb.
Oxşar xəbərlər
Avropa Komissiyasının Prezidenti: Regional əlaqələndirmə üzrə investisiya konfransının Bakıda keçirilməsini istəyirik
20:42 01.07.2026
Emi Karlon: Azərbaycanla strateji tərəfdaşlıq Cənubi Qafqazda sülh və inkişafı gücləndirəcək
20:24 01.07.2026
Lyayen: Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər
20:17 01.07.2026
Xəbər lenti
Hamısına bax
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə aparır - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
ABŞ BMT-yə terrorizmlə mübarizə üzrə yeni strategiya təqdim edəcək
18:07 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə