Türkmənistanla Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib
15:18 28.07.2025
Siyasət
352
Bakıda Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.
İqtisadiyyat Nazirliyindən Sherg.az-a bildirilib ki, iclasda Birgə Hökumətlərarası Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında münasibətlərin möhkəm tarixi təməl, mədəni yaxınlıq və iki qardaş xalqın qarşılıqlı hörmətinə əsaslandığını vurğulayıb.
Qeyd olunub ki, dövlət başçılarımız arasında yüksək səviyyəli etimad və qarşılıqlı anlaşma əməkdaşlığın gücləndirilməsində xüsusi əhəmiyyət kəsb edir. Türkmənistan və Azərbaycan mühüm birgə layihə və təşəbbüslər həyata keçirməkdədir. Ölkələrimiz arasında iqtisadiyyat, ticarət, energetika, nəqliyyat və humanitar əlaqələr kimi əsas sahələri əhatə edən geniş tərəfdaşlıq gündəliyi mövcuddur.
Türkmənistanla investisiya əməkdaşlığının möhkəmləndirilməsi potensialı qeyd edilib. Bildirilib ki, Azərbaycanda sənaye, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində Türkmənistan kapitallı 75 şirkət fəaliyyət göstərir.
Ölkələrimiz enerji üzrə işbirliyinin genişləndirilməsi baxımından böyük potensiala malikdir. Enerjinin ixracı ilə bağlı infrastrukturu inkişaf etmiş Azərbaycan qarşılıqlı faydalı əməkdaşlıq mexanizmlərinin müzakirəsinə hazırdır.
Türkmənistanla “Şərq–Qərb” nəqliyyat dəhlizinin canlandırılması və Orta dəhlizin səmərəliliyin artırılması üzrə əməkdaşlıq da xüsusi rol oynayır. Ölkələrimiz arasında tranzit daşımalarının həcmi son illərdə sabit dinamika nümayiş etdirir. Ötən ilin yekunlarına görə, bu göstərici 2 milyon tonu, bu ilin ilk yarısında isə 1 milyon tonu keçib.
İki ölkənin ticarət, enerji, sənaye parkları, nəqliyyat, biznes, kənd təsərrüfatı və Ələt azad iqtisadi zonası üzrə tərəfdaşlığının gücləndirilməsi imkanları diqqətə çatdırılıb.
İclasda Azərbaycanın artan iqtisadi göstəriciləri, əlverişli biznes və investisiya mühiti, nəqliyyat və logistika infrastrukturu imkanları, Zəngəzur dəhlizinin perspektivləri barədə məlumat verilib, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinin önəmi bildirilib, Türkmənistan sərmayədarları fəal əməkdaşlığa dəvət olunub.
Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyev Azərbaycanla müxtəlif sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün geniş perspektivlər olduğunu vurğulayıb, tərəfdaşlığın inkişafı istiqamətləri haqqında fikirlərini bölüşüb.
Tədbirdə müxtəlif sahələrdə birgə fəaliyyətin perspektivləri, iqtisadi müstəvidə ortaq maraqlara xidmət edən təşəbbüslər barədə müzakirə aparılıb.
İclasın sonunda Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyev imzalayıblar. Sənəddə iqtisadi-ticarət, energetika, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə