Ukrayna ordusundan Putinə mesaj: Rusiya o qədər də güclü deyilmiş
12:39 06.08.2025
Siyasət
367
“Payızın sonuna qədər cəbhədə döyüşlər şiddətli olacaq”.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna ordusunun briqada komandiri Kirill Sazonov yerli KİV-ə bildirib.
“Avqust ayını “cəhənnəm” adlandırıram, çünki çox çətin olacaq. Bunu bütün istiqamətlərdə görürük. Payızın sonunda döyüşlər çox şiddətli olacaq. Bu, ən qaynar müharibənin sonudur. O zaman ya real sülh danışıqları olacaq, ya da müharibə daha da aktivləşəcək”, - hərbçi deyib.
Sazonovun sözlərinə görə, Rusiya lideri Vladimir Putin noyabrda atəşkəs təklifi ilə çıxış etmək üçün bütün ordunu oda ata bilər. O hesab edir ki, o vaxta qədər cəbhədə ukraynalılar üçün çox çətin olacaq.
Sazonov Rusiyanın cəbhədə irəliləyişini dramatikləşdirməməyə çağırıb:
“Əslində, heç bir yerdə xüsusi irəliləyiş yoxdur. Belə xəbərlər görürük, hər kilometrdən narahat oluruq, ona görə də hər gün bizə elə gəlir ki, ora-bura irəliləyirlər. Amma bütövlükdə Ukraynanın xəritəsinə baxsaq, iki il ərzində ərazinin 1 faizini ələ keçiriblər. Yəni qlobal miqyasda bu, heç nə deyil”.
Briqada komandirinin fikrincə, Putinin məqsədi Qərb ölkələri arasında belə təəssürat yaratmaqdır ki, Rusiya daim irəliləyir və istədiyini ələ keçirməyə qadirdir, buna görə də Ukrayna gec olmadan güzəştə getməyə məcbur olmalıdır: “Reallıqda Rusiya o qədər də güclü deyil və Putin istədiyini əldə edə bilməyəcək”.
Sazonov əlavə edib ki, Rusiya üç ildən çoxdur Donetsk vilayətinə tam nəzarəti ələ keçirməyə çalışsa da, buna nail ola bilmir: “Onlar üçün bu, bir neçə ildir qeyri-real, həlli mümkün olmayan vəzifədir”.
Oxşar xəbərlər
Avropa Komissiyasının Prezidenti: Regional əlaqələndirmə üzrə investisiya konfransının Bakıda keçirilməsini istəyirik
20:42 01.07.2026
Emi Karlon: Azərbaycanla strateji tərəfdaşlıq Cənubi Qafqazda sülh və inkişafı gücləndirəcək
20:24 01.07.2026
Lyayen: Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər
20:17 01.07.2026
Xəbər lenti
Hamısına bax
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə aparır - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
ABŞ BMT-yə terrorizmlə mübarizə üzrə yeni strategiya təqdim edəcək
18:07 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm