Ukraynada da hadisələr belə başlamışdı
Yusif Nəzərli
10:54 07.04.2023
Siyasət
620
Rusiya Qazaxıstan üçün də sanki eyni ssenari hazırlayıb
"Kreml Ukrayna ilə “məsələni” bitirməmiş Qazaxıstana keçib. Mərkəzi Asiyanın bu ölkəsinin şimalındakı Petropavlovsk şəhərində bir neçə gün əvvəl 19 “fəal” Qazaxıstandan öz “müstəqilliklərini” elan edib və “Xalq Şurasını” çağırdıqlarını açıqlayıblar". Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Analitikin sözlərinə görə, separatçılar vurğulayıblar ki, Qazaxıstan dövlətinə etibarları yoxdur, ona görə də “müstəqilliklərini, sərbəstliklərini və suverenliklərini elan ediblər”. Separatçılar Qazaxıstanın təhsil, qida məhsulları və səhiyyə sisteminə qarşı çıxdıqlarını da bildiriblər. Onlar bununla bağlı xüsusi mətn yayıblar:
"SSRİ dağıldıqdan sonra Qazaxıstanın şimalında belə hallar bir neçə dəfə baş verib, hər dəfə separatçılığın qarşısı alınıb. Ancaq indi durum fərqlidir. Kreml Rusiyanın perimetri boyu “rus dünyasını” formalaşdırmağa çalışır və birinci Ukraynadan başlayıb. Kreml paralel olaraq ətrafındakı digər ərazilərə də boylanır. Ona görə də Qazaxıstanda separatçıların kiçik otaqdan fəaliyyətə başlamaları təhlükənin miqyasının az olduğu anlamına gəlmir".
Ekspert xatırladıb ki, Ukraynada da hadisələr belə başlamışdı:
"Yaxşı xatirimdədir, 2014-cü ildə Donetskdə yerli universitetlərin birində çalışan professorla söhbətim olmuşdu. O mənə deyirdi ki, Donetskdə separatçılar yerli əhali arasında dayaqlara malik deyildilər, onların mitinqlərinə heç 100 nəfər çıxmırdı. Ancaq vəziyyət bir anda dəyişdi, elə mən orda olarkən inzibati binalar ələ keçirildi, Rusiyanın müdaxiləsi və yerli əhalinin Ukrayna əleyhinə qızışdırılması vəziyyəti hazırkı həddə gəlib çatdırdı.
Qazaxıstan üçün də sanki eyni ssenari hazırlanıb. Əhalisinin 60 faizə yaxını rus olan Petropavlovsk şəhəri Rusiya ilə sərhəddən 40 kilometr cənubda yerləşir. Ona görə nə qədər ki, Petropavlovsk şəhərinin 19 “fəalı” işi böyütməyiblər və bölgədə ikinci Donbass yaratmayıblar, Astana məsələni həll etmək məcburiyyətindədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm